Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 İyun 11:02
Şərh Yoxdur
1242

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər.

Onlar bu məsələni öyrənmək üçün (şiələrin onuncu məsum imamı) mövlamız Həzrət Əbulhəsən Əli ibn Məhəmməd ən-Nəqi əl-Hadinin (ə) hüzuruna gəldilər.

O zaman imam (ə) Samerraya sürgün edilməmişdi və Sürya adlı bir yerdə yaşayırdı. Onlar imamla (ə) görüşərək dedilər ki, ey bizim Seyyidimiz, sənin yanına ixtilaf etdiyimiz bir məsələyə görə gəlmişik.

İmam Əli ən-Nəqi (ə) buyurdu: Bəli, bilirəm, məndən ilin hansı dörd günündə oruc tutmağın daha çox savab olduğunu soruşmaq üçün gəlmisiniz. Onlar (təəccüb və heyranlıqla) dedilər: Bəli, ey seyyidimiz, biz yalnız bunun üçün sizin yanınıza gəlmişik.

İmam (ə) onlara buyurdu: “İl ərzində oruc tutulması savab olan o dörd gün bunlardır:

1) Rəbiul-Əvvəl ayının on yeddisi: Həmin gün Allahın Rəsulu (s) anadan olub.

2) Rəcəb ayının iyirmi yeddisi: Həmin gün Allah-taala həzrət Rəsulullahı (s) peyğəmbərliyə seçilib.

3) Zil-Qədə ayının iyirmi beşi: Bu gün Dəhvül-ərz günüdür, yer kürəsi Kəbə evinin altında genişlənməyə başladı. Həmçinin həmin gün Həzrət Nuhun (ə) gəmisi (baş verən böyük tufandan sonra) Cudi dağında dayandı. Hər kəs bu günü oruc tutarsa, bu oruc onun yetmiş il günahlarının kəffarəsi olar.

4) Zil-Hiccə ayının on səkkizi: O, Qədir-Xum günüdür. Həmin gün Allahın Rəsulu (s) (imamət və vilayət məqamına seçdiyi) Əmirəlmöminin İmam Əlini (ə) insanlara hidayət bayrağı təyin etdi. Hər kəs bu günü oruc tutarsa, bu oruc onun altımış ilin günahlarının kəffarəsi olar.

” وَ رَوَى إِسْحَاقُ بْنُ عَبْدِ اللَّهِ الْعَلَوِيُّ الْعُرَيْضِيُّ قَالَ: اخْتَلَفَ أَبِي وَ عُمُومَتِي فِي الْأَرْبَعَةِ الْأَيَّامِ تُصَامُ فِي السَّنَةِ. فَرَكِبُوا إِلَى مَوْلَانَا أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُحَمَّدٍ (علیه السلام)، وَ هُوَ مُقِيمٌ بِصُرْيَا قَبْلَ مَصِيرِهِ إِلَى سُرَّ مَنْ رَأَى. فَقَالُوا: جِئْنَاكَ يَا سَيِّدَنَا لِأَمْرِ اخْتَلَفْنَا فِيهِ. فَقَالَ (علیه السلام): نَعَمْ، جِئْتُمْ تَسْأَلُونِّي عَنِ الْأَيَّامِ الَّتِي تُصَامُ فِي السَّنَةِ؟ فَقَالُوا: مَا جِئْنَاكَ إِلَّا لِهَذَا. فَقَالَ (علیه السلام): الْيَوْمُ السَّابِعَ عَشَرَ مِنْ رَبِيعٍ الْأَوَّلِ وَ هُوَ الْيَوْمُ الَّذِي وُلِدَ فِيهِ رَسُولُ اللَّهِ (ص). وَ الْيَوْمُ السَّابِعُ وَ الْعِشْرُونَ مِنْ رَجَبٍ وَ هُوَ الْيَوْمُ الَّذِي بَعَثَ اللَّهِ فِيهِ رَسُولَ اللَّهِ (ص). وَ الْيَوْمُ الْخَامِسُ وَ الْعِشْرُونَ مِنْ ذِي الْقَعْدَةِ وَ هُوَ الْيَوْمُ الَّذِي دُحِيَتْ فِيهِ الْأَرْضُ‏ (من تحت الكعبة)، وَ اسْتَوَتْ (استقرّت) سَفِينَةُ نُوحٍ عَلَى الْجُودِيِّ. فَمَنْ صَامَ ذَلِكَ الْيَوْمَ كَانَ كَفَّارَةَ سَبْعِينَ سَنَةً. وَ الْيَوْمُ الثَّامِنَ عَشَرَ مِنْ ذِي الْحِجَّةِ وَ هُوَ يَوْمُ الْغَدِيرِ، يَوْمٌ نَصَبَ فِيهِ رَسُولُ اللَّهِ (ص) عَلِيّاً أَمِيرَ الْمُؤْمِنِينَ عَلَماً. وَ مَنْ صَامَ ذَلِكَ الْيَوْمَ كَانَ كَفَّارَةَ سِتِّينَ عَاماً.

Şeyx Tusi, “Misbahul-mutəhəccid”, c.2, s.819.

Digər “Mənəviyyat ” Xəbərləri

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..