Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 May 12:00
Şərh Yoxdur
2159

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد خاب من دساها» “Nəfsini çirkinliklərdən təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! Və (nəfsini) pisliklərə bulaşdıran kəs, şübhəsiz, ziyana uğramışdır!

” İmam Əli (ə) buyurur: «من نصب نفسه للناس اماما فليبدأ بتعليم نفسه قبل تعليم غيره، و ليَکن تأديبه بسيرته قبل تأديبه بلسانه». “Hər kəs özünü insanlara rəhbər və imam görürsə, digərlərini təlim və tərbiyə etməmişdən öncə öz nəfsini təlim və tərbiyə etməlidir.

Həmçinin başqalarına vermək istədiyi təlim və tərbiyəni dil ilə deməmişdən öncə öz həyat tərzi və əməli ilə göstərməlidir”. (Nəhcül-Bəlağə, 71 və ya 73-cü hikmət).

Həzrət Mövla (ə) digər bir hədisdə buyurur: «من لم يهذب نفسه لم ينتفع بالعقل». “Nəfsini təzkiyə etməyən və paklamayan şəxs ağılından da faydalana bilməyəcək” – (Mizanul-Hikmət, c.10, s.125). Müqəddəs Nəcəful-Əşrəf şəhərinin Ali Dini Elmi Hövzəsinin tanınmış müctəhidi, fəqihlər ustadı, xatəmul-füqəha mərhum Şeyx Mürtəza Ənsari bütün İslam aləmindəki elmi əzəmətinə rəğmən Ayətullah Şüştərinin əxlaq dərsində iştirak edərmiş. Çünki insan nəfsinin tərbiyəsi və təzkiyəsi ilə məşğul olmazsa, nəfs tüğyan edir və ağılın sözünə baxmır. (Ələq/6).

Digər “Mənəviyyat ” Xəbərləri

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..