Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Aprel 10:42
Şərh Yoxdur
1206

Xeyirli mal dörd şeydədir .

İsmail ibn Müslim Səkuni Cəfər ibn Mühəmməddən (ə), o da öz atababalarından İmam Əlinin (ə) belə buyurduğunu nəql edir:

“Allah rəsulundan (s) hansı malın xeyirli olması barədə soruşdular, belə buyurdu:

“Əkinin sahibi əkin səpər, onu becərər və biçin vaxtı haqqını ödəyər (xüms və ya zəkatını verər).

” Soruşdular: “Əkindən sonra xeyirli mal hansıdır?”

Peyğəmbər (s) buyurdu: “Bir şəxs öz qoyunlarını su olan yerə aparar, özü isə namaz qılıb zəkat verər.”

Soruşdular: “Qoyundan sonra xeyirli mal hansıdır?” Peyğəmbər (s) buyurdu: “Səhər-axşam süd verən inək.”

Soruşdular: “İnəkdən sonra xeyirli mal hansıdır?”

Peyğəmbər (s) buyurdu: “Palçıqda bitən və quraqlıq bir yerdə samərə verən xurma ağaclarıdır. Onu yaşlı suya kiməsə icarəyə versə və kim onu satsa, onun qiyməti, sanki daim üzərində su qiymətidir. Əgər yer dəyişilsə, tufanlı bir gündə üzərindən şiddətlə əsən külək əsər.” Soruşdular: “Ey Allahın rəsulu, xurma ağacından sonra ən xeyirli mal hansıdır?”

Peyğəmbər (s) susdu, bir nəfər soruşdu: “Bəs dəvə haradadır?” Peyğəmbər (s) buyurdu: “Onda bədbəxtlik, çətinlik, əziyyət, evdən uzaq düşmək, səhər axıra, axşam isə naxıra getmək var. Onun xeyri yalnız sağ tərəfdən gələr (çünki dəvənin belinə sol tərəfdən minilir, südü isə sağ tərəfdən sağılır). Bilin ki, bədbəxt insanlar ondan əl çəkməzlər.”

əl-Xisal Hədis 617

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..