Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Noyabr 14:05
1 Şərh
6926

“La ilahə illəllah”ın həqiqətini dərk etmisənmi?

Bu sözü dilinə gətirən insan həqiqətdə demək istəyir ki, Allahdan başqa bir ümüd yeri, sığınacaq və pənahı yoxdur.

Biz “La ilahə illəllah”, “Allahdan başaq məbud yoxdur”, “Allah təkdir”, “Allah birdir”, “Yalnız Allaha güvənirəm” kimi sözləlri demək olar ki, hər gün eşidirik. Amma özümüzə çox az sual vermişik ki, özümüz və ya hansısa bir insan öz ruh və vücudunun dərinliyində axtarış aparıbmı ki, həqiqətən də onun həyatında Allahdan başqa bir pənahı, Allahdan başqasının bir sığınacaq yeri var ya yox?

Məsələn, bir çıxılmaz vəziyyət, böhran, giriftarlıqlar girdabına düşəndə ilk yadına düşən kim olur? Kimdən istəyir ki, bu problem və çətinliklərini həll etsin? Bu sualın cavabı bizim “La ilahə illəllah” (“Allahdan başaq məbud yoxdur”) söyləməyimizdə nə qədər haqlı və səmimi olduğumuzu göstərəcəkdir.

Bu sözü dilinə gətirən insan həqiqətdə demək istəyir ki, Allahdan başqa bir ümüd yeri, sığınacaq və pənahı yoxdur. Bu sözləri qəlbində yox, yalız dilinin ucunda deyən, zehnində ancaq bir məfhum kimi ona yanaşanlar həyatlarında sübuta yetirə biləməyəcəklər ki, Allahdan başaq məbud və pənahı yoxdur. Onlar başqalarını pənah və sığınacaq olaraq seçəcək, baxacaq və qəbul edəcəklər. Buna görə də, diləncilərdən dilənəcəklər. Gədaların yanında gədalıq edəcəklər. Öz ehtiyaclarını ödəmək üçün elə ehtiyaclılardan da kömək umacaqlar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..