Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Aprel 10:09
Şərh Yoxdur
557

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur:

عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ

“Öz cisminin qidası haqda fikirləşən, amma ruhi qidası barədə düşünməyən şəxslərə təəccüb etmək lazımdır. Bu cür şəxslər bədənin narahatlığına səbəb olan yeməklərdən pəhriz etsə də, qəlblərini insanı fəlakətə uğradan ifadələrlə doldururlar.”[1]

Qısa izah

Alimlərin buyurduğuna uyğun olaraq deyə bilərik ki, adətən, camaat öz cismi ehtiyaclarının təmini ilə əlaqədar ciddi və diqqətlidirlər. Onlar qaranlıq zamanı süfrə arxasında əyləşməz, yuxulu halda yemək yeməz və şübhəli qidalardan pərhiz. və eyni zamanda, öz cismi qidalanmasında bütün tibbi qaydalara riayət edərlər. Lakin ruhi və mənəvi qidalara gəldikdə isə, hər cür fikir, əqidə və şübhəli düşüncələri xəbərsiz və qaranlıqda gözübağlı gedərcəsinə qəbul edər və özlərinə dost saydıqları kəslərin yanlış fikirlərini, insanı pisliyə sövq edən dostlar, eyni zamanda, bütün şübhəli və azdırıcı təbliğatı asanlıqla izləyərlər.

  • 80. Əbəsə surəsi, 24-cü ayə
  • Qoy insan yediyinə diqqət yetirsin (bir az!)
  • فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ

Belə isə, bu məsələ olduqca heyrət doğuran bir məsələdir.

 

[1] “Səfinətul-bihar”, c. 5, səh, 301.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..