Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Aprel 23:54
Şərh Yoxdur
387

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه، فيستبقون فيه بطاعته الى مرضاته، فسبق قوم ففازوا و قصّر آخرون فخابوا، فالعجب كلّ العجب من ضاحك لاعب في اليوم الّذي يثاب فيه المحسنون و يخسر فيه المبطلون، و أيم اللّه لو كشف الغطاء لعلموا أنّ المحسن مشغول باحسانه و المسي‏ء مشغول بإساءته، ثم مضى. “Allah-Taala Ramazan ayını bəndələrinin yarış meydanı qərar vermişdir. Bu ayda bəndələr daha çox itaət və ibadət etməklə onun razılığını qazanmaq üçün yarışarlar. Bir dəstə insan yarışı qazanar və feyzə çatar, bir dəstə insan isə tənbəllik edər, uduzar və yarışdan zərərlə çıxarlar. Çox təəccüb edirəm o şəxsə ki, “möhsin”lərin (ehsan edənlərin) savab qazandığı və faydasız işlərlə məşğul olanların zərərə uğradığı bir gündə oynayır və gülür. Allaha and olsun, əgər pərdələr gözlərin önündən götürülərsə, insanlar yaxşının öz yaxşılığına və pisin də öz pisliyinə çatdığını görərdilər” Sonra isə yoluna davam etdi.

Əzizullah Utaridi,

“Musnədul-İmamil-Müctəba”, s.716, hədis:310.

Açar Sözlər:
Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..