Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Sentyabr 12:11
Şərh Yoxdur
5052

Valideynin bağışlanması üçün qılınan namaz

Ata və ananın övladı üzərində olan haqlarından biri də budur ki, onlar vəfat edəndən sonra onların qəza namazlarını qılsınlar, qəza oruclarını tutsunlar, onların günahlarının bağışlanması üçün dua etsinlər, onların tərəfindən sədəqə versinlər, yaxşı işlər görüb savabını onların ruhuna hədiyyə etsinlər (Quran oxumaq, ziyarətə getmək, yetim sevindirmək, sədəqə vermək kimi), onların boyunlarında olan borcları ödəsinlər və onlar üçün halallıq alsınlar.

 

Bəzi hədis və dua qaynaqlarında tövsiyə edilib ki, övladlar mərhum valideyinlərinin günahlarının bağışlanması üçün, xüsusilə də Cümə gecələrində aşağıdakı 2 rəkət namazı qıla bilərlər:

1-ci rəkətdə Həmd (Fatihə) surəsindən sonra Qurani-Kərimin mübarək İbrahim surəsinin 41-ayəsi 10 dəfə oxunur:
رَبَّنَا اغْفِرْ لِي وَ لِوالِدَيَّ وَ لِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسابُ‏
“Rəbbəna iğfir li, və li validəyyə və lil-momininə yəvmə yəqumul-hisab”.

2-ci rəkətdə Həmd (Fatihə) surəsindən sonra Qurani-Kərimin mübarək Nuh rusəsinin 28-ci ayəsi 10 dəfə oxunur:
رَبِ‏ اغْفِرْ لِي‏ وَ لِوالِدَيَ‏ وَ لِمَنْ‏ دَخَلَ‏ بَيْتِيَ‏ مُؤْمِناً وَ لِلْمُؤْمِنِينَ‏ وَ الْمُؤْمِناتِ
“Rəbbi iğfir li və li validəyyə və limən dəxələ bəytiyə mominən və lil momininə vəl mominat”.

Namazın salamından sonra isə Qurani-Kərimin mübarək İsra surəsinin 24-cü ayəsi 10 dəfə oxunur:
رَبِّ ارْحَمْهُما كَما رَبَّيانِي صَغِيراً
“Rəbbi irhəmhuma kəma rəbbəyani səğira”

 

www.ahliman.info

(Mühəddis Nuri, “Mustədrəkul-Vəsail”, c.2, s.111, bab: 20, meyyit üçün müstəhəb əməllər).

Şeyx Rəziyuddin Həsən ibn Fəzl Təbərsi (Hicri-qəməri tarixi ilə 6-cı əsr yaşayıb), “Məkarimul-Əxlaq”, 334.
Əllamə Məclisi, “Biharul-Ənvar” (vf. 1110 hq), c.88, s.221, hədis:7.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..