Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Avqust 11:45
Şərh Yoxdur
1790

Allahı yad və zikr etmək Şeytanın hiyləsini zəiflədərək məhv edir

Allah-təala Qurani-Kərimdə şeytanın dilindən belə buyurur: “İblis dedi: Belə isə məni azdırdığına görə, mən də mütləq  Sənin düz yolunun başında, onların pusqusunda oturacağam. Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcək və onlara vəsvəsə edəcəyəm və onların çoxunu şükr edən görməyəcəksən!”1

Gördüyünüz kimi, Şeytan bu ayədə yuxarı tərəfdən başqa bütün dörd tərəfin adını çəkmişdir. Burada diqqət ediləcək məqam ondan ibarətdir ki, nə üçün Şeytan başın üst tərəfini qeyd etməmişdir. Qısası yuxarı tərəfin sirri nədir axı?

Ola bilsin ki, yuxarı tərəfdən məqsəd Allahın zikri olmuş olsun, yəni başın üstü mənəvi və rübubiyyət aləmidir.

Allah-təala günahkar və azğın dəstə barədə buyurur: “Şeytan onlara hakim olub ALlahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah olun ki, Şeytan firqəsi həmin ziyankarlardır.”

Deməli, Şeytan, bəndənin Allahı yad etmək və zikr etməsinə mane olur, Şeytanı qüvvəli edən isə biz özümüzük və bununla ona yol açırıq, əks təqdirdə Allah-təala buyurmuşdur: “Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!“2

Deməli Allahı yad və zikr etmək Şeytanın hiyləsini zəiflədərək məhv edir.

 

www.ahliman.info

1. Ərəf surəsi, ayə 16-17.

2. Nisa surəsi, ayə 76.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..