Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 May 21:10
Şərh Yoxdur
1801

Ustad Fatimi Niya: Allah bilir ki, anaya bir dəfə hirslənmək, insanı yüz il geriyə atır

Ustad Abdullah Fatimi Niya cavanlara tövsiyəsində buyurmuşdur: 

Bildiyimiz kimi, cavanların gücü və qüvvəsi çox olur və böyük potensiala malik olurlar. Cavanlıq dövrünün güc və qüvvəsinin qədrini bilmək və onlardan lazımınca faydalanmaq lazımdır! Cavanlar gərək kamillik və inkişafa gedən yolda fəaliyyətlərini düzgün istiqamətləndirsinlər. Cavanların təbiət qucağında istirahət, səyahət və idman etməyə həqiqətən də ehtiyacı vardır və onlar özlərini Allahın verdiyi bu nemətlərdən məhrum etməməməlidirlər. Amma yaddan çıxarmamalıyıq ki, Allahın bəxş etdiyi nemətlər yalnız istirahət və idmanla məhdudlaşmır. Əlbəttə, bunlar da lazımdır. Cavanlar bütün kamillikləri qəbul edə bilən biçimdə yaradılmış varlıqlardır və onlar mələkut aləmində pərvaz etməyə qadirdir. Çox diqqətli olmaq lazımdır ki, bu mənəvi, ruhi və elmi potensiallar hədərə getməsin.  İdman etmək, sağlam əyləncələrlə məşğul olmaq cavanlar üçün zəruridir, amma bu o demək deyil ki, cavan bütün ömrünü “kim uddu, kim uduzdu” məşğuliyyətilə tələf etsin?!

Bəzən görürsən ki, bəziləri cavanları idmana təşviq etmək şüarı altında onları geridəqalmış vəziyyətə salırlar. İnkişaf, kamillik, nəfsin təmizlənməsi, özünü islahetmə, pis əxlaqdan çəkinmək, qəzəbi boğaraq kontrol etmək kimi məsələlərin hamısı cavanlıqdadır. Qocalıqda isə bu işləri görmək qeyri-mümkün olur və ya çox çətin bir məsələyə çevrilir!

İnsan heç də təkcəhətli varlıq deyil ki, yalnız fiziki vücudu ilə, yəni ancaq əyləncə və idmanla məşğul olsun. Bunlar lazım və zəruri olmağına baxmayaraq, təklikdə heç də kifayət etmir. İnsan gərək həm cismin, həm də ruhun bütün cəhətlərinə diqqət yetirsin.

Qısası demək istəyirik ki, idman və əyləncə mövzu və məqsəd deyil, sadəcə bit yol və vasitədir, amma təəssüflər olsun ki, bu gün bu məsələ məqsədə çevrilmişdir.

İdman, fiziki sağlamlıq üçün bir vasitə olub, insan ruhunun, mənəviyyat və düşüncəsinin inkişaf və tərəqqi etməsi, ilahi maarifin əldə edilməsi, təqva və mərifət dərəcələrinin kəsb edilməsi üçün bir müqəddimədir.

Digər bir məsələ isə bundan ibarətdir ki, çox təəssüf, cavanlarımızdan bir çoxlarının  öz valideynləri ilə davranışı düzgün və münasib qurulmayıb. Valideynə qarşı çıxmaq yalnız o demək deyil ki, Allah eləməsin, atanın və ya ananın üzünə bir şillə vurasan. Bəzən valideynə bir az da olsa acıqlı bir cavab qaytarmaq elə bir küdurət və zülmət yarada bilir ki, yüzlərlə gücə namazı qılmaq onu aradan apara bilmir. Belə olduqda İmam Zaman əleyhissəlam da insana nəzər yetirmir! İmam Rza əıeyhissəlam da həmin insandan gileylənir.

Bəzi cavanlar “Kumeyl” və “Nüdbə” dualarını oxusalar belə, evlərində dillərini kontrol edə bilmirlər. Arvad-uşaq, bacı-qardaş və valideynləri ilə düzgün davranmırlar. Məhz bu məsələ də, onların müxtəlif savab işlərdən məhrum olmalarına və savab işlərdən lazım olan zövqü ala bilməmələrinə səbəb olur.

Həzrət Musa İbn Cəfər (ə) buyurur: “Möminin qəlbi Kəbədən üstündür.”

Vilayət Şahı olan Ağa imam Zamanın (ə.f) məhəbbət və eşqini özündə gəzdirən qəlb, Kəbədən üstündür! Bildiyiniz kimi bizlər şiə məzhəbli bir ölkədə yaşayırıq və yuxarıda qeyd olunan kəlamı nəzərə alsaq, bizim sağ-solumuzda kəbələr gəzməkdədir. Əlimiz İlahi nəsim küləklərinə çatır. Digər tərəfdən isə, Allah göstərməsin hansısa qəlbi qırmaq zülmət və çarəsizliyə səbəb ola bilir.

And olsun Vahid olan Allaha ki, “La şərikə ləh”dir! Əgər qəzəb və hirsinizi kor etməsəniz, heç bir yerə yetişə bilməyəcəksiniz! Qəzəbə təlaq verməlisiz! Dilinizə nəzarət edin! Bu istiqamətdə məşq edin! Həzrət buyurmuşdur: “Əgər səbirli və həlim deyilsizsə, özünüzü dözümlü və həlim olmağa vadar edin!

Bir müddət qəzəbini boğmaq və hüsni-əxlaq kəsb etmək  uğrunda məşq etsəniz, sonra asanlaşacaqdır.

Valideyn məsələsi ilə zarafat etmək olmaz! Allah bilir ki, anaya bir dəfə hirslənmək, insanı yüz il geriyə atır. Əgər bu barədə səhlənkarlıq etmisinizsə, gec olmadan əvəzini çıxın!

Qüdsi hədislərin birində belə buyurulur: “Valideynin üzünə ağ olmuş şəxslərə deyin ki, ata və ananız sizdən razı qalmayınca, sizin heç bir əməliniz qəbul edilməyəcəkdir!”

Əgər valideyniniz dünyasını dəyişmişdirsə, gedin onlardan razılıq istəyin, onlar üçün sədəqə verin və Allahdan  özünüzün və onun bağışlanmasını istəyin ki, o biri aləmdə sizdən razı qalsınlar! Onları xeyirli əməllər, sədəqə vermək və dua etməklə özünüzdən razı sala bilərsiniz!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..