Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Aprel 10:00
1 Şərh
5430

Mərhum Əllamə Təbatəbainin 40 illik əhdi nə idi?

İnsanın Qurani-Kərimdən ayrı düşməyi zəlalətdən başqa bir şey deyil…

Höccətül-İslam Məhəmməd Fazil Təbrizi deyir ki, bir dəfə yaxın dostların birinin evində Əllamə Təbatəbai ilə görüş mənə də, nəsib oldu. O, gecə bizə dedi ki, səhər sübh namazından sonra “Şahqulu” məntəqəsinə (Təbrizin səfalı guşələrindən biri) getmək fikrindədir. Biz də, bu təkliflə razılaşandan sonra səhər maşınla ora getməli olduq. Yolda o, cibindən balaca kitabça formasında olan Quranı çıxarıb, belə dedi: “Mən Allahla əhd bağlamışam ki, hər gün Qurandan bir cüz oxumalıyam və hal-hazırda ona 40 ildir ki, əməl edirəm. Dünən gecə oxuya bilmədiyim üçün gərək indi oxuyam. Beləcə, hər ay bütöv bir Quran xətm olur və hər ayın əvvəlindən yenidən başlayıram. Bunu hər dəfə də, hiss edirəm ki, ötən dəfə oxuduğumla yeni oxuduqlarım sanki eyni deyildir, hər dəfə yeni məfhum və mövzular mənə aydın olur. Allahdan istəyirəm mənə uzun ömür versin ki, daim Quran oxuyum, onun dərinliklərindən ilham alım. Siz təsəvvür edə bilməzsiniz ki, mən Quran oxumaqdan nə qədər həzz alıram, faydalanıram…”

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..