Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Aprel 17:53
Şərh Yoxdur
1608

Ayətullah Amuli: “Sədəqə verərkən fəqirə rəhm edib sədəqə vermək olmaz”

Ayətullah Cavadi Amuli buyurur:

Bir hədisdə deyilir: “Mömin maddi baxımdan zəif olsa da, abrını qoruyar”.

Malən azlığı xəcalət gətirməz. İnsanın abrını getməsi pisdir. Bəzən birinin malı olar, amma heysiyyəti olmaz.

Bu, Həzrət Əli (ə) ilə Həzrət Xızırın (ə) arasında keçən dialoqa bənzəyir. Həzrət Xızır (ə) buyurdu: “Allahın razılığını əldə etmək üçün varlıların kasıblar qarşısında təvazökarlıq etməsi nə yaxşıdır”.

Həzrət Əli (ə) buyurdu: “Bundan daha yaxşı, kasıbların varlılar qarşısında etinasız olmalarıdır. Varlılar qarşısında etinasız olub Allaha təvəkkül edən fəqirin kəraməti varlıların o təvazökarlığından daha üstündür”.[1]

Həzrət Peyğəmbər (s) «Şəbaniyyə» xütbəsinin davamında oruc tutanların vəzifələri barəsində buyurur: “Fəqir və miskinlərinizə sədəqə verin”.

Bu sədəqə də fəqirə hörmət və Allaha yaxınlaşmaq niyyətilə olmalıdır. Sədəqə verərkən fəqiri təhqir etmək və ya rəhm edib sədəqə vermək olmaz.

Həzrət (s) həmin xütbədə hamını oruc tutanlara iftar verməyə dəvət edir: “Ey insanlar! Hər kəs bu ayda Allaha xatir oruc tutana iftar versə, bu Allah yanında bir qul azad etmək deməkdir. Allah onun keçmiş günahlarını bağışlayar”.

Bu zaman Həzrətə (s) dedilər: “Bizim hamımızın buna gücü çatmır”.

Həzrət (s) buyurdu: “Cəhənnəmdən qorxun! Bir xurma qədər olsa da iftar verin!”

Qiyamət günü ağır gündür. Bir xurma qədər verilən iftar da hesab olunar. Tarixdə elə zamanlar olub ki, müsəlmanlar aclıq və ehtiyacla üzləşiblər. Suffə əshabı[2] ibtidai imkanlardan belə məhrum idilər. Bəzən müsəlmanlar uzun müddət iqtisadi və hərbi blokadada qalıblar. Sonralar da bu hadisələr təkrarlanıb. Batil hakimiyyətlər insanların ehtiyacından sui istifadə edərək öz batil əqidələrini dünya malına həris olanlara satıblar.

Müaviyə avam kütləni aldadaraq çıxışlarında deyirdi ki, bahalıqdan və fəqirlikdən gileylənməyin. Çünki Allah Quranda buyurur: Biz ruziləri məsləhət bildiyimiz miqdarda nazil edirik. Sizin üçün də bu qədər məsləhət görüb. Allah-Təala buyurur:

وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ

“Elə bir şey yoxdur ki, Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik”.[3]

Bu zaman Əhnəf ibn Qeys qalxıb Müaviyəyə etiraz etdi: “Burada üç mətləb var, sən bu mətləbləri bir-birinə qarışdırdın.

1. Allahın qeyb xəzinələrində bütün sirr və həqiqətlər mövcuddur. Bunda heç kəsin şübhəsi yoxdur.

2. Allahın həmin qeyb xəzinələrindən bəndələri üçün lazım olan miqdarda ruzi göndərməsinə də bir iradımız yoxdur.

3. Allah həmin xəzinələrdən müsəlmanların özlərini idarə etməsi üçün kifayət qədər ruzi göndərir. Lakin sən həmin ruzini alıb öz xəzinənə qoyursan. Biz buna etiraz edirik”.

 

Əgər hər kəs öz vəzifəsini bilib möhtəkirliklə məşğul olmasa, cəmiyyət içində heç bir çətinlik yaranmaz. Qiyamət günü bir dəstə qarışqa və siçan sifətində məhşərə gələcək. Çünki dünyada bu heyvanların xüsusiyyətlərini canlarına hopdurublar.

 

www.ahliman.info

[1] «Nəhcul-bəlağə» hikmət 406.

[2] Suffə əshabı – Peyğəmbərin (s) zamanında ev-eşikləri olmayan və bu üzdən də Mədinədə Məscidun-nəbinin yanında bir gölgəlikdə yaşayanlardır. Red.

[3] «Hicr» surəsi, ayə 21.

Digər “Ramazan ” Xəbərləri

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur: Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi... Davamı..

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..