Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Aprel 13:17
Şərh Yoxdur
811

Ayətullah Amuli: “Batinimiz oruc tutmayıbsa, demək biz hələ orucun batininə çatmamışıq”

Ayətullah Cavadi Amuli buyurur:

Mələklər oruc tutanları dua edərlər. Peyğəmbər (s) buyurur: «Allah-Təala bir dəstə mələyi oruc tutanları dua etmək üçün seçib. Cəbrail (ə) mənə Allahdan xəbər gətirib dedi: «Mələkləri dua etmək üçün seçmişəm. Onların duası əsla rədd edilməz».[1]

Mələklərin insan üçün etdikləri dua onun üçün xeyir və bərəkət istəməkdən başqa bir şey deyil.

 

Sən mələktək ucalarsan, əmələ versən əmək,

Səbr ilə tut ağacından olacaq hasil ipək.

 

Bu cahanda tut yarpağından ipək əldə edilirsə, barama bu yarpaqlardan ipək hasil edə bilirsə, insan da mələk ola bilər.

Quran buyurur:

مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَق

«Astarları qalın ipəkdən olan yataqların üzərində söykənərlər».[2]

Cənnətdə elə xalılar vardır ki, onun astarı ipəkdəndir. Bu ayədə Allah həmin xalıların yalnız astarının ipəkdən olduğunu bildirir. Çünki bu dünyada bizim ipəkdən daha dəyərli bildiyimiz bir şey yoxdur. Xalının özünün nədən olduğunu isə demir. Onu gedib görmək lazımdır. Astarı ipəkdən olan xalılar təbii ki, baramalar istehsal etməyib. Cənnət nemətlərini bizim əməllərimiz, namaz və orucumuz yaradır. Əlbəttə, bu xalılar cənnətin yalnız cismani ləzzətləridir. Əməllərin, xüsusilə orucun batinini dərk etməyin mükafatı isə Allaha qovuşmaqdır. Ona görə də Allah-Təala buyurur: «Oruc mənə məxsusdur və onun mükafatını Mən verəcəyəm».[3]

Quran mələklər barədə buyurur:

وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَعْلُومٌ

«Bizim hər birimizin müəyyən məqam və rütbəsi vardır».[4]

Hər bir mələyin dərəcəsi var. Bəzi mələklər oruc tutan muxlis bəndələr üçün dua edərlər. Bunlar oruc tutmayanlar üçün dua edən mələklərdən fərqlidirlər. Mələklərin dərəcələri fərqli olmaqla duaları da fərqlənər.

Biz orucumuzun batininə nə qədər fikir veririk? Sadəcə zahirdə oruc tutmaq, yemək və içməkdən çəkinmək kifayət etməz, bizim batinimizdə də oruc olmalıdır. Biz hətta qəlbimizdən Allahın bəyənmədiyi bir fikri belə keçirməməliyik. Qəlbdən heç kəsin pisliyini istəməməliyik. Unutmamamlıyıq ki, qəlbimizdən keçən hər şeyi Allah bilir.

Avamların orucu xas insanların orucundan, onların orucu isə daha xas olan insanların orucundan fərqlidir. Əgər biz oruc tutduğumuz halda, kimisə incitmək, ya hansısa bir məqama çatmaq fikrində olsaq, ya bir məqama çatdıqda başqalarına fərqli baxsaq, o zaman bizim batinimiz oruc tutmayıb. Batinimiz oruc tutmayıbsa, demək biz hələ orucun batininə çatmamışıq.

Peyğəmbər (s) buyurur: «Cəbrail (ə) mənə Allahdan xəbər gətirib dedi: «Mələkləri oruc tutanlara dua etmək üçün seçmişəm. Onların duası əsla rədd edilməz».[5]

 

www.ahliman.info

[1] «Rovzətul-muttəqin» cild 3, səh. 228.

[2] «Rəhman» surəsi, ayə 54.

[3] «Rovzətul-muttəqin» cild 3, səh. 228.

[4] «Səffat» surəsi, ayə 164.

[5] «Rovzətul-muttəqin» cild 3, səh. 228.

Digər “Ramazan ” Xəbərləri

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur: Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi... Davamı..

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..