Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Fevral 09:39
Şərh Yoxdur
2051

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, onu risaləti ilə müjdələmişdi. Bu günün bəzi əməlləri vardır ki, onlara işarə edək:

1. Qüsl.

2. Oruc tutmaq. Bu günün orucu 70 ilin orucuna bərabərdir.

3. Çoxlu salavat göndərmək.

4. Həzrət Peyğəmbəri (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.

5. Şeyx Misbah İmam Cavaddan (ə) nəql edir ki, Həzrət (ə) Bağdadda olan zaman Rəcəb ayının on beşində və iyirmi yeddisində oruc tutardı. Onun bütün səhabələri də oruc tutardılar. Bizə əmr etmişdi ki, on iki rükət namaz qılaq. Namaz bitəndən sonra isə “Həmd”, “Tövhid”, “Nas” və “Fələq” surələri 4 dəfə, həmçinin bu duaların hər biri 4 dəfə oxunmalıdır:

لا اِلهَ اِلا اللهُ واللهُ اَكْبَرُ وَ سُبْحانَ اللهِ وَالْحَمْدُلِلّهِ وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ”

1. Lə iləhə illəllah, vəllahu əkbər, və subhənəllah, vəlhəmdulilləh, və lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-əzim.

اللهُ اللهُ رَبِّى لا اُشْرِكُ بِهِ شَیْئا

2. Allahu Allahu rabbi, lə uşriku bihi şəy’ən.

لا اُشْرِكُ بِرَبِّى اَحَدا

3. Lə uşriku birabbi əhədə.

Sonra isə uca Allahdan hacətinizi istəyin.

Bütün Əhli-Beyt (ə) tərəfdarlarını Məbəs bayramı münasibəti ilə təbrik edirik.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..