Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Fevral 13:23
Şərh Yoxdur
1246

Əmirəlmöminin (ə) barədə qəsidə yazıb imamdan (ə) rəy aldılar

Ustad Abdullah Fatimi Niya buyurur: Əbdül-Həsən əl-Xəlii adlı bir şair olub. Mən bu şairin tərcümeyi-halını əldə etmək üçün çox zəhmətlər çəkmişəm. Təzkirələr (tanınmış şəxsiyyətlərin həyat və yaradıcılığına dair əsərlər) və tərcümə olunmuş kitablar arasında yalnız Qazi Nurullah Şüştəri “Məcalis əl-mömin” əsərində bu şair haqqında başqalarına nisbətən daha ətraflı məlumat vermişdir. Sonralar isə məlum oldu ki, Əllamə Əmini “Əl-Ğədir” əsərində bu şairin tərcümeyi-halnı tam və ətraflı şəkildə vermiş və əsərin bir cildinin təxminən yarısını bu şairin həyatına həsr etmişdir.

   Şair Xəliinin valideynləri nasibilərdən və onların övladları, yəni Xəlii də həmin əqidəyə uyğun şəkildə böyüyüb başa çatmışdı.

O, fasiq bir insana çevrilir, belinə xəncər bağlayaraq İmam Hüseynin (ə) zəvvarlarının qabağını kəsir, onları soyub talayırdı. Bir gün adəti üzrə həmişə durduğu yerdə dayanıb zəvvarları gözləyirdi. Bu vəziyyətdə onu yuxu aparır və yuxuda ona başa salınır ki, sənin tutduğun bu iş səhv və yalnış bir yoldur. Beləliklə onu qəflət yuxusundan oyadırlar və o tam başqa insana çevrilir. Tövbə edir və Seyidiş-Şühədanın (ə) hərəminə gedərək Ağadan üzrxahlıq edir!

O, şeir yazmaqda güclü istedada malik bir insan olmuşdur. Həmin vəziyyətdə, hərəmdə olduğu vaxt çox gözəl bir şeir yazır və şeri tamamladığı andaca mübarək  zirehin yuxarısından bir xələt və bəxşiş onun düz başına düşür. İmam (ə) ona bəxşiş olaraq xələt verir! O vaxtdan etibarən də onun ləqəbi “Xəlii” qalır.

Nəcəfdə İbn Həmmad adlı bir məhşur şair olmuşdur. Yuxarıda barəsində söz açdığımız şair, yəni Xəlii istəyir ki, bu şairlə bir şeir müsabiqəsi təşkil etsin. Belə qərara gəlirlər ki, hər iki şair Həzrət Əmirəlmöminin (ə) barədə qəsidə üslubunda bir mədhiyyə yazıb Həzrətin zirehinə qoysunlar və İmamın (ə) öz rəyini gözləsinlər. Şeirləri yazıb zirehə qoyurlar və sonra onları götürürlər. Cavab gəlir! Xəlii yazdığı qəsidənin sonunda qızıl rənglə, İbn Həmmadın yazdığı qəsidənin sonunda isə gümüş rənglə “Afərin!” yazılmışdır.

Deyilənə görə İbn Həmmad bu cavabdan sonra sanki gileylənərək hərəmdən çıxmış və həmin gecə imamı (ə) yuxuda görür və Həzrətə belə ərz edir: “Uzun illərdir ki, sizin hərəminizin astanasındayam. Mənim yazdığım qəsidəni gümüş  imza, amma onun qəsidəsini qızıl imza ilə imzaladınız?!

Həzrət (ə) buyurur: “Sən bizim özümüzdənsən, amma Xəlii hələ təzəcə yetişənlərdəndir“.

İmamlarımızın (ə) belə bir yanaşması var, yenicə yetişənlərə daha çox diqqət yetirirlər! Kim tövbə edə, peşmançılıqla onlara üz tutsa, onu çox yaxşı qarşılayar, ev sahibliyi edərlər!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..