Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Fevral 10:17
Şərh Yoxdur
1450

Həzrət Əli (ə) müsəlmanlara son tövhid vəsiyyətində bunları buyurmuşdur

Həzrət Əli (ə) zərbətləndikdən sonra İmam Həsən (ə) və İmam Hüseynə (ə), ümumilikdə isə bütün müsəlmanlara vəsiyyət edir. Həmin vəsiyyətin bir yerində buyurur: “Sizə və bu sözlərim çatan hər kəsə vəsiyyət edirəm: “Heç bir şeyi Allaha şərik qərar verməyin. Bu, şirkdir””.[1]

Müşriklər Allahın işini Ondan başqasına nisbət verirdilər. Onların bu işi əməlin bir qismi Allah üçün, bir qismi başqası üçün də deyildi. Belə olsaydı, bu, şirk olmazdı, riya hesab olunardı. Onlar adətən Allaha aid onları başqalarına nisbət verirdilər. Allaha ibadət etmək əvəzinə, bütlərə ibadət edirlər. Məsələn, pərəstişdə şirk məsələsində deyərdilər ki, bir varlıq cahanı yaradıb, o, Allahdır. Digər bir varlıq isə cahanı idarə edir.

Tövhid vəsiyyəti budur ki, bir işə nə özündən bil, nə də başqasından. Hər şeyi Allahdan bil və bil ki, aləmin tədbiri Onun əlindədir. Tövhiddən üstün nemət yoxdur. Şirkdən də pis günah yoxdur:

 

“Şirk olduqca böyük bir zülmdür”.[2]

Belə olan halda necə ola bilər ki, insan bir ömür boyu Allah süfrəsində otursun, amma Ondan başqasını özünə rəbb və hər şeyin əsəri bilsin? Bu, dünyada rüsvayçılıq və şirkdən başqa bir şeylə nəticələnməyəcək.

Həzrət Əli (ə) vəsiyyətinin davamında buyurur: “Onun sünnəsini zay etməyin!”

Yəni tövhiddən sonra Peyğəmbərin (s) risalətini qoruyun, onun vəhy və nübuvvətinin hörmətini saxlayın. Həzrətin əxlaq və ədəb qaydalarını möhtərəm bilin. Ondan nəql olunanların böyüklüyünü dərk edin, onun din və sünnəsini zay etməyin.

Tövhid, nübuvvət və din barədə tövsiyələrini verəndən sonra Həzrət buyurur: “Bu iki sütunu ayağa qaldırın, bu iki çırağı yandırın”.

Yəni tövhid və nübuvvət çırağını həmişə qoruyub saxlayın ki, əsla sönməsin.

Daha sonra Həzrət buyurur: “Mən dünən sizinlə, sizin yanınızda idim, bu gün sizin üçün ibrətəm. Bilin ki, qüdrət, sağlamlıq və sərvət qalıcı deyil, dünyada heç kəs əbədi qalmır, ölüm elə bir şeydir ki, mən illərdir onun intizarını çəkmişəm. Sabah isə sizdən ayrılacağam”.

“And olsun Allaha, Əbutalibin oğlu ölümü – körpənin ana südünə, sinəsinə bağlı olduğundan daha çox istəyir”.[3]

 

www.ahliman.info

[1] «Nəhcül-Bəlağə» məktub 23.

[2] «Loğman» surəsi, ayə 13.

[3] «Nəhcül-Bəlağə» xütbə 5.

Digər “Əhli-Beyt ” Xəbərləri

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..