Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Yanvar 13:20
Şərh Yoxdur
2873

Ustad Fatimi Niya: Bu cümləni əldə etmək üçün üç min kilometr yolu qət etdim

Ustad Abdullah Fatimi Niya buyurur: Bəzən əməllərimizdə olan aludəçilik və naxalisliklər ücb və riyakarlıq kimi deyil, bəlkə daha dəqiq və incə, yəni şeytanın dəqiqliklə hesabladığı çox gizli və incə hiylələrindən ola bilər. Mərifət əhli olan araşdırıcı alimlərdən birinin bu  barədə çox dəyərli və dərin mənalı kəlamı var. Mən bu dəyərli cümləni əldə etmək üçün üç min kilometr yolu qət etməli olmuşam. İndi isə bu kəlamı asanlıqla sizlərin ixtiyarınıza verirəm. “Əl-Muqəffa əl Kəbir” adlı bir kitab var və “Əbəqat” kitabının müəllifi həmin kitabdan nəql etmişdir ki, o zaman əl yazma şəkilində idi. Mən onu Livanda görmüşəm. Həmin kitabda tanınmış alimlərin adından bir cümlə nəql edilmişdir ki, bu kəlam dünyada olan başqa cümlələrdən seçilir: “Şeytanın səndən istifadə etməsi üçün elə bu kifayət edər ki, səni bir ibadətdən və xeyirli əməldən digər əmələ keçirsin”.

 

Biz üç min kilometrlik yolu gedib qayıtdıq. Amma bu cümləni tapıb gətirməyə dəyərdi!

Şeytanın insan üzərində qalib gəlməsi və ondan istifadə etməsi yalnız onu bildiyimiz böyük  və kiçik günahlara vadar etməkdən ibarət deyil, həmçinin şeytan hər kəsi özünə uyğun şəkildə aldada bilir. Möminləri, təqva əhlini və dini heyətləri xüsusi şəkildə yoldan çıxara bilir.

Məsələn, kimsə istəyir ki, “Aşura” ziyarətini oxusun. Digər tərəfdən isə həmin şəxsin qoca bir xala və ya bibisi də vardır ki, onu ziyarət etmək hədiyyə apararaq sileyi-rəhm etmək və onu sevindirmək üçün belə bir uyğun fürsət yaranmışdır. Bu əməllərin hər ikisi də itaət və xeyirli əməldir, amma şeytan bu fürsəti qənimət bilib, müdaxilə etməyə başlayır, nəfs gəlir və ziyarəti-aşura duasının oxunmasına israr edir. Fərz edək ki, burada qoca xalanı ziyarət etmək daha xeyirli əməl olduğu halda belə deyir: “Hələ vaxt çoxdur, hələlik ziyarət oxu!” Belə hallarda hansı əməlin Allaha görə və daha zəruri, nəfslə daha çox müxalif olduğunu müəyyən etmək həddən artıq çətindir. Eyni zamanda bu məsələ dəqiqlik tələb edən bir məsələdir. Bunun yolu isə yalnız təqvalı olmaqda, ixlasda, Allaha sığınmaq və Ondan İmdad diləməkdədir.

Allah-təala buyurur: “Əgər Allahdan qorxsanız, O sizə haqla batili ayırd edən (bir nur) verər (dünya və axirətdə çıxış yolu göstərər)[1]

Ayədəki “furqan” sözünun mənası, haqla batili ayırd edən bəsirət nurudur. Belə ki, Allah tərəfindən istıdiyi bəndəsinə verilən həmin bəsirət nuru pak və xalis əməllərə napak və şeytani əməlləri ayırd edir.

 

www.ahliman.info

[1] Ənfal surəsi, ayə 29.

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..