Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Noyabr 09:04
Şərh Yoxdur
4224

Bu gün həzrət Məsumənin (s.ə) vəfat günüdür

Bu gün Xanım Məsumənin vəfatı günüdür. Məsumə adı ilə məşhur olan kəramətli xanım İmam Kazımın (ə) qızıdır. Həmçinin İmam Rzanın (ə) bacısıdır. Bəzi mənbələrdə İmam Rzanın (ə) iki bacısı qeyd olunur. Lakin ibn Cuzi “Təzkirətul-Xəvass” (s-315) kitabında İmam Rzanın (ə) dörd doğma bacısını qeyd edir. Xanım Məsumə (ə) də bu bacılardan biridir.

 

Tarixi mənbələr Xanımın (ə) doğum tarixini q.173 il zil-qədə ayında Mədinə şəhərində, vəfatını isə rəbiu-sani 201-ci ildə Qum şəhərində olduğunu bildirirlər.

 

Xanımın (ə) Mədinədən İrana gəlmə səbəbini İmam Rzanın (ə) Mərvə gəlişi ilə əlaqələndirirlər. Beləki Abbasl xələfəsi Məmun 200-ci ildə İmamı (ə) Mədinədən Mərvə gətizdirir. Qardaşını (ə) ziyarət üçün yola çıxan Xanım (ə) yolda bərk xəstələnir. Xanımın (ə) xəstəlik səbəbəni yolda üzləşdikləri ağır döyüş səhnəsi olur. Beləki karvan Qum şəhəri yaxınlığında Əhli-Beyt düşmənləri tərəfindən basqına məruz qalır və demək olar ki, kişilər öldürülür. Xanımın (ə) qardaşları və qardaş balaları şəhid edilir. Bu sarsıntıdan xəstələnən xanım Məsumə (ə) yaxınlarından onu Qum şəhərinə aparılmasını istəyir.

 

Qum şəhərində Xanımı (ə) İmam Rzanın (ə) yaxın səhabəsi, alim, mühəddis Musa ibn Xəzrəc Əşəri qarşılayır və öz evinə aparıb xidmətində durur. Tarixçilər bu hadisəni hicri 201 –ci il rəbiul-əvvəlin 23-də baş verdiyini deyirlər. Xanım Məsumə (ə) 17 gün bu evdə qalır və dünyasını dəyişir.

 

Hazırda Xanımın məzarı Qum şəhərindədir. Əhli-Beyt (ə) sevərlərin ziyarəthagına çevrilib. İmam Rza (ə) Qumda Xanımı (ə) ziyarət etməyin savabına toxunaraq buyurub:

 

“Kim Qumda Məsuməni ziyarət etsə məni ziyarət etmiş kimidir”.

“Hər kim onun məqam və mənzilətini tanıyaraq ziyarət etsə, cənnət ona vacibdir”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..