Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Oktyabr 13:33
Şərh Yoxdur
1202

İmam Rzanı (ə) mədh edərək əlindən bəxşiş alan Şeyx İbrahim Türk

Şeyx Məhəmməd Razi yazır:

Böyük alim və şəxsiyyətlərdən eşitdim ki:

Sahibi Zamani ləqəbi ilə tanınan şeyx İbrahim Türk Məhşədə imam Rzanın (ə) ziyarətinə getmişdi. Uzun müddət Məşhəddə qaldığı üçün pulu tükənir. Deyir: Pulum qurtarandan sonra şəhərin icra başçısının mədhində bir qəsidə yazdım ki, gedib qəsidəni oxuyub əvəzində bəxşiş alım. Yolda fikrimi dəyişib öz-özümə dedim: Heç Həzrətdən (ə) utanmırsanmı? Onun ziyarətinə gəlmisən, amma ondan qeyrisinə məddahlıq edib bəxşiş almaq istəyirsən?! Tez istiğfar edib o qəsidəni həzrətin adına çevirdim və hərəmə daxil olub ziyarətdən sonra ərz etdim:

Ey ağam! Sənə bir mədihə yazmışam, bunun müqabilində səndən bəxşiş gözləyirəm.

Yazdığım qəsidəni astaca oxumağa başladım. Qəsidə başa çatandan sonra Həzrətdən bəxşiş verməsini xahiş etdim və zirehə yaxınlaşdım. Zirehi öpmək istəyəndə gördüm əlimə bir əl toxundu və ovcuma nəisə basdı. Açıb gördüm bir dənə 10 tümənlik əskinasdır. O saat işin nə yerdə olduğunu anlayıb ərz etdim: Qurbanın olum ağa, bu azdır. Yenə də bir əl mənimlə əl tutub əlavə bir 10 tümənlik əskinası ovcuma qoydu. Yenə də dedim: Ey mövlam, azdır. Bu dəfə də bir 10 tümənlik çatdı; belə-belə altı dənə 10 tümənlik oldu. Artıq həya edib dedim. Bəsdir, mənə bəs edər. Zirehi öpüb çölə çıxdım. Qapının astanasına − ayaqqabıların təhvil verildiyi yerə çatanda gördüm kəraməti ilə məşhur olan şeyx Həsənəli İsfəhani hərəmin həyətinə daxil oldu və tələsik mənə tərəf gəlir. Mənə çatıb dedi:

Şeyx İbrahim, mövlamla (İmam Rza (ə) ilə) yaman dostlaşmısan ha… Mədh deyib bəxşiş alırsan… Həzrətdən (ə) aldığın o bəxşişi ver mənə. Şeyxin heybətindən həyəcanlanıb tez əlimi qoynuma salıb həmin 60 tüməni çıxarıb ona verdim. O da əlini cibinə aparıb bir zərf çıxarıb mənə uzatdı və elə ordan da geri döndü. Zərfi açıb baxdım, 120 tümən idi. Sevinib şeyx Həsənəlinin kamal sahibi olduğunu bir daha təsdiq etdim, çünki mənim bu əhvalatımı Allahdan və Həzrət Rzadan (ə) başqa kimsə bilmirdi.[1]

 

Onu da deyək bu hekayə azacıq fərqlə Şeyx Həsənəlinin oğlunun dilindən atası haqqında yazdığı kitabda da nəql olunmuşdur. Həmin kitabda deyilir:

Şeyx İbrahim qəsidəni oxuyub zirehi öpəndən sonra görür ki, xəbər çıxmadı, ona bəxşiş verən olmadı. Deyir: Narahat oldum. Ərz etdim: Ey ağa! Əgər mən bu şeri sizdən başqa hər kəsə oxusaydım mükafatım yüz faiz hazır idi, amma sizdən xəbər çıxmadı.

Narahatçılıqla hərəmdən çölə çıxdım. Hərəmin həyətindən çıxmaq istəyirdim ki, birdən heybətli bir şeyxin mənə yaxınlaşdığını gördüm. Mənimlə hal-əhval tutub dedi: Al, Həzrətin (ə) bəxşişini götür, bir də imamla bu cür dikbaşlıqla danışma!

Görüşüb ayrılandan sonra ovcumda bir zərf gördüm. Amma şeyxin heybətindən bir söz deməyib yola düzəldim. Zərfi açanda gördüm 120 tümən puldur. Bu məbləğ mənim bütün xərclərimə kifayət edirdi.

Bir neçə dəqiqədən sonra bizi qıraqdan müşahidə  edən Hərəmin xadimindən soruşdum: Mənimlə indicə görüşüb ayrılan bu şeyx kim idi? Dedi: O, həzrət Rza (ə) ilə birbaşa əlaqəsi olan şeyx Həsənəli İsfəhanidir.[2]

 

www.ahliman.info

[1] Məhəmməd Razi, “Ət-təqva və ma ədrakə mət-təqva”, səh. 123

[2] Miqdadi, həmin mənbə, səh. 81

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..