Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Sentyabr 16:08
Şərh Yoxdur
2938

Həzət Qaim (ə.f) Ayətullah Mərəşi Nəcəfi ilə görüşəndə etdiyi tövsiyələr

Rəhmətlik Ayətullahül-üzma Mərəşi Nəcəfi dəfələrlə İmam Zamanın görüşünə nail olmuşdur. Biz burda, nəql olunan hekayələrdən ancaq birini yad edəcəyik.

Mərəşi Nəcəfi deyirdi:

Samirrada yaşadığım əyyamlarda bir gün axşam həzrət seyyid Məhəmmədi ziyarət etmək üçün Samirradan çıxıb yola düzəldim və yolda azdım.

Yolun yorğunluğu, susuzluq və aclıq bir tərəfdən, o biri tərəfdən də səhranın isti küləyi məni taqətdən salıb həyata ümidimi üzdü. Bihuş olub isti qumlar üzərinə yıxıldım.

Özümə gəlib gözlərimi açanda başımı bir nəfərin dizi üstə gördüm. Həmin adam kuzəni mənim dodaqlarıma toxundurub su içməyimə kömək edirdi. İndiyə qədər bu lətafətdə, bu sərinlikdə su dilimə dəyməmişdi. Su içdikdən sonra süfrə salındı. Süfrədə iki üç girdə ətirli çörək var idi. Çörəyi yedikdən sonra həmin ərəb kişi mənə dedi:

−Yaxınlıqda bir arx var, gedib orda yuyuna bilərsən. Dedim:

Bu ətrafda arx-filan yoxdur, əgər olsaydı mən susuzluqdan bu hala düşməzdim.

Həmin ərəb dedi:

Bu ətrafında axan su deyil, bəs nədir? Bu söz onun ağzından çıxar-çıxmaz gördüm məndən bir az kənarda səfalı suyu olan bir arx uzanıb gedir. Bunu görəndə daha çox təəccübləndim ki, necə olur, mənim kənarımdan şarıl-şarıl su axıb getsin, mən isə bir qurtum sudan ötəri az qala həlak olacaqdım.

Həmin ərəb sonra məndən soruşdu:

Səfərin haradır? Dedim Seyyid Məhəmmədin hərəmini ziyarətə gedirəm. Həmin şəxs bu sözlərimi eşitcək əli ilə yan tərəfə işarə edib dedi:

Bu da seyyid Məhəmmədin hərəmi.

Baxıb gördüm seyyid Məhəmmədin məqbərəsinin yaxınlığındayam. Halbuki mən Qadisiyyə deyilən yerdə yolu itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında böyük bir məsafə var.

Həmin ərəblə yol boyu söhbətimizdə çoxlu mühüm məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi. O cümlədən Qurani-Məcidi tilavət etməyi, Quranın təhrif olduğunu inkar etməyi, valideynə hörmət, seyyidlərə ehtiram etməyi, müqəddəs məkanlara və imamzadələrin ziyarətinə getməyi, gecə namazı qılmağı, Həzrət Zəhranın (s.ə) təsbihinin zikri və şəhidlər ağası Həzrət İmam Hüseynin ziyarətini təkidlə tapşırdı.

Bu arada birdən ağlımdan keçdi ki, ey dili-qafil, olmaya bu adam imam Zaman ola?

Bu fikri ağlımdan keçirməklə gözlənilmədən həmin şəxs gözlərim önündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola onu tanıya bilmədiyimə çox təəssüfləndim.[1]

 

www.ahliman.info

[1] Əli Rəfim, “Şəhabe şəriət”, səh. 293

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..