Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Avqust 15:04
Şərh Yoxdur
1864

Həzrət Qasim şəhadətə yetişəndə imam Hüseyn buyurdu: Səni şəhid edənlər Allahın rəhmətindən uzaq olsunlar!

Ravi deyir: Cavan bir oğlan döyüş meydanına tərəf gəlib düşmənlə vuruşmağa başladı. Onun üzü ay parası kimi işıq saçırdı. İbn Füzəyl Əzdi onun başına qılınc zərbəsini endirdi, başı iki yerə bölündü. O, üzü üstə, torpaq üstünə düşdü və uca səslə qışqırdıb dedi: «Ya Əmma! (ey bibi!)» İmam Hüseyn (ə) ov quşu kimi sürətlə müharibə meydanına girib qəzəblənmiş şir kimi qoşuna hücum etdi. O Həzrət qılıncını çəkib İbn Füzeyli vurmaq istədi. İbn Füzeyl özünü qorumaq üçün əlini qabağa verdi. Həzrət qılınc ilə onun əlini biləyindən kəsib yerə saldı. İbn Füzeylin qışqırığını eşidən küfəlilər ona nicat vermək üçün köməyə gəldilər. Lakin, İbn Füzeyl atların ayaqları altında qalıb həlak oldu. Elə ki, duman kimi hər yeri bürümüş toz torpaq aradan getdi, gördüm İmam Hüseyn (ə) ayaqlarını yerə vurub can verən cavanın başı üstünə dayanıb deyir:

 

بُعداً لِقَومٍ قَتَلُوکَ وَ مَن خَصَمَهُم یَومَ القِیامَهِ فِیکَ جَدُّکَ وَ أَبُوکَ

Səni şəhid edənlər Allahın rəhmətindən uzaq olsunlar! Qiyamət günü cəddin və atan sənin qatillərinlə düşmənçilik edəcək“. Sonra o Həzrət buyurdu:

 

عَزَّ وَ اللّهِ عَلی عَمِّکَ أَن تَدعُوا فَلا یُجِیبُکَ أَو یُجِیبُکَ فَلا یَنفَعُکَ صَوتُهُ

“And olsun Allaha, əmini çağıran zaman sənə cavab verə bilməməyi, yaxud verdiyi cavabın faydasız olması mənim üçün çox cətindir. And olsun Allaha bu gün elə bir gündür ki, əminin düşməni çox, kömək edəni isə azdır”. Sonra Həzrət Qasimi (ə) bağrına basıb əhli-beytin şəhidləri arasına apardı və yerə qoydu. İmam Hüseyn (ə) gördü ki, artıq dostlar və cavanlar şəhid olub torpaqlar üstünə düşüblər. O, Allah yolunda canından kecib şəhadətə yetişmək üçün hazırlaşaraq uca səslə buyurdu:

 

هَل مِن ذابٌ یَذُبٌ عَن حَرَمِ رَسُولِ اللّهِ (ص) هَل مِن مُوَحِّدٍ یَخافُ اللّه فِینا هَل مِن مُغِیثٍ

Allah düşmənini Rəsulullahın (s) Əhli-beytinin kənarından qovan bir şəxs vardırmı? Allahdan qorxub bizim haqqımızı qoruyan ibadətkar bir şəxs vardırmı? Allaha xatir bizə kömək edən bir şəxs vardırmı?” Həzrətin bu sözlərini qadınlar eşidib ucadan ağlamağa başladılar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..