Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Avqust 13:49
Şərh Yoxdur
1186

İmam Məhdinin (ə.f) Şeyx Müctəba Qəzviniyə göndərdiyi pul nə vaxt bitdi?

Şeyx Müctəba Qəzvini deyir:

Rza şah zamanı üləmalara gün-güzaran vermirdilər − axund libasları, əmmamə qoymaq qadağan edilmiş, rövzəxanlara rövzə oxumağa, dərs deməyə icazə vermirdilər. Biz − Mirzə Mehdi İsfəhaninin bir qrup şagirdləri gizlincə, küçələrin arası ilə dərsə gedirdik. Mirzə Mehdi İsfəhani arada bizə bir az pul da verirdi.

Bir gün yenə hərəmizə bir az pul verib dedi: Bu mənim axırıncı köməkliyimdir, sizin İmam Zamanınız var, gedin ondan kömək istəyin, o sizin nemətinizin vəlisi və ağanızdır.

Şeyx Müctəba Qəzvini deyir:

Mənim maddi vəziyyətim olduqca ağırlaşdı, çörəkçidən, baqqaldan, əttardan götürdüyüm nisyə mallar yığışıb 30 tümən oldu. Ağır borcun altında artıq dükandan nisyə alış-veriş etməyə üzüm gəlmirdi.

Bir gün əliboş evə qayıdıb bir kənarda əyləşdim. Anam vəziyyətimi başa düşüb dedi:

Müctəba niyə narahatsan? Dedim:

Narahat deyiləm. Dedi:

Mən görürəm ki, narahatsan, məgər bizim İmam Zamanımız yoxdur? Məgər bizim sahibimiz bizi yaddan çıxara bilər?

Anam o qədər belə sözlər dedi ki, axır mənim halım xarab oldu.

Bütün vücudumla anam deyən sözləri fikirləşirdim ki, − biz yiyəsiz deyilik, İmam Zaman bizi görür, bizim hacətimiz onun əlindədir − elə bu vaxt qapının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm qoca bir kişidir. Soruşdu Müctəba sənsən? Dedim bəli, mənəm. Mənə içində pul olan balaca bir kisə verdi və dedi:

Bu sənə çatacaq. Bunu deyib çıxıb getdi.

Evə gəlib kisənin ağzını açdım, gördüm mənim borcumun miqdarından da bir az artıq pul var kisənin içində. Tez bazara gedib borclarımı qaytardım, bir az da bazarlıq edib evə gəldim və anamla birlikdə oturub çörək yedik.

O gündən sonra nə almaq istəsəm, həmin kisədən bir az pul götürüb ehtiyacım qədər xərcləyirdim, amma kisənin pulu öz yerində dururdu, qurtarmaq bilmirdi.

Bir müddət güzəranım bu cür keçdi. Bir gün necə oldusa dura bilmədim, əhvalatı dostlarımdan bəzisinə danışdım. Bundan sonra pullar tamam oldu, o cür böyük nemət əlimdən çıxdı!![1]

 

www.ahliman.info

[1] Əbdül-Cavad Qərəviyan, “Cilvehaye rəbbani”, səh. 25

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..