Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 İyun 14:13
Şərh Yoxdur
1421

Mərhum Mirfənd Rəsəkinin “Allahu Əkbər!” deməsi məbədi uçurdu

Tədqiqatçı  alim Nəraqi “Xəzain” (xəzinələr) kitabında yazır:

Mərhum Mirzə Əbulqasim Mirfənd Rəsəkinin (vəfatı 1059 q.) səfərlərin birində, sakinləri məsihi olan bir şəhərdən yolu düşərək bir müddət orada qalmalı olur.

Günlərin birində bir dəstə adam Mirzənin əqidəsinin (dinini) batil olduğunu isbat etmək üçün ona belə dedilər:

Bizim dinimizin haqq və sizinkinin batil olmasına dəlalət edən şeylərdən biri, məbədlər və ibadətgahlarmızın möhkəm olmasıdır. Belə ki, onların bəzilərinin tikilməsindən 2-3 min il keçməsinə baxmayaraq hər biri olduğu kimi öz istehkamını qoruyub saxlamışdır. Amma gördüyümüz kimi sizin məscidlərinizin binası bir əsrdən artıq qalmır. Bəs bu, ona görə deyilmi ki, həmişə haqq özünü qoruyub saxlayır, amma batil isə aradan gedir? Mirzə cavabında belə buyurdu:

Səbəbi bu deyil. Doğrusunu bilmək istəsəniz, bu binalar (məscid) möminlərin haqq kəlməsinin, saleh əməllərinin və məqbul ibadətlərinin qarşısında taqətsizdir. Buna görə də bizim məscidlərin binası tez uçulub-dağılır. Amma sizin məbədlərinizdə isə Allahın razı olduğu və bəyəndiyi bir haqq kəlməsi asimana ucalmır. Bilin ki, əgər sizin haqqında tərif etdiyiniz məbədlərdən birində bizim haqq ibadət və məqbul dualarımızın səsi ərşə ucalsa, görərsiniz ki, ora da Allahın əzəməti və böyüklüyü qarşısında qorxudan zəlil tək uçub, dağılacaqdır. Onlar dedilər:

Bunu ancaq imtahan etməklə qəbul edirik. Gördüyünüz o məbəd, bizim ən qədim və möhkəm kilsələrimizdən biridir. Get ora, istədiyin hər bir işi gör. Əgər sənin dua və ibadətlərin nəticəsində binada bir uçuq və ya zədə əmələ gəlsə, sənin iddian doğru olacaq. Əks təqdirdə isə gərək bizim dediklərimizin doğru olduğunu təsdiqləyəsən. Mirzə şərti qəbul etdi.

Dəstəmaz aldıqdan sonra cəddinə (Peyğəmbər (s)) təvəssül edib Allah-taaladan ona bu işdə yardım etməsini diləyərək məbədə daxil oldu.

Şəhər əhalisi məbədi dövrəyə almışdı. Mirzə heybət və vüqarla azan və iqamə deyib, təkbirətul-ehrama hazırlaşdı. Bütün vucudunu Allaha tapşırıb, Tur dağındakı ağacın Həzrət Musa (ə) ilə danışıqlarını dilə gətirərək bütün vücuduyla  “Allahu Əkbər!” − dedikdən sonra tez oradan çölə çıxdı. Bir göz qırpımında həmin böyük bina uçub yerlə-yeksan oldu. Sanki orada heç əvvəldən bina tikilməmişdi və həmin böyük məbəddən torpaq yığınından başqa bir əsər qalmadı.[1]

 

www.ahliman.info

[1] Həmin mənbə, c. 2, səh. 344

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..