Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 İyun 14:11
Şərh Yoxdur
1527

Səğirə günahlar hansılardır?

Bir çoxlarımız kəbirə günahların nə olduğundan az və ya çox xəbərimiz vardır. Ancaq hansı günahların səğirə olması haqqında məlumatımız azdır. Bu günahların bəzisi ilə tanış olaq və onlardan çəkinməyə çalışaq.

 

– İnsana və ya heyvana lənət oxumaq.

– Cümə xütbəsi zamanı danışmaq.

– Fasiq insanlarla oturub-durmaq.

– Müsəlmanın qeybətini eşitmək və onun qarşısında susmaq.

– Naməhrəmə baxmaq.

– Naməhrəm qadınla tək əyləşmək.

– Gülməkdə və zarafat etməkdə ifrat etmək.

– Məscidə nəcasət daxil etmək.

– Qadağan olmuş günlərdə oruc tutmaq.

– Söyüş söymək.

– Batili və zalımı müdafiə etmək.

– Satdığın malın eyibini örtmək.

– Kiməsə söz verən zaman vəfasızlıq edəcəyini iradə etmək.

– Zəkatı və həcci təxirə salmaq.

– Baha satmaq üçün, insanların ehtiyacı olan əşyaların ölkəyə daxil edilməsinin qarşısını almaq.

– Din qardaşı ilə üç gündən çox danışmamaq.

– Tədqiq etmədən dava etmək.

– Zəkatı xarab maldan vermək.

– Başqalarına həsəd aparmaq.

– Müsəlmana qarşı bədgüman olmaq.

– Başqasının sirrini ifşa etmək.

– Nəcasət və pisliyi insanların yoluna tökmək.

– İnsanların razı olmadığı şəxsi imam təyin etmək.

– Məkruh zamanda namaz qılmaq.

– Təkəbbürlə yol getmək. (Beytutə/Deyerler)

 

Uca Allah bizləri günahlardan qorunanlardan və həqiqi iman əhlindən qərar versin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi... Davamı..

Allah qarşısında kiçilmək və təzim

Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.[1] Çünki duada Rəbbə... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..