Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Sentyabr 12:38
Şərh Yoxdur
4820

Ölənlərimiz üçün göndərdiyimiz 1 salavatın dəyəri

Bu dünyada hər bir insanın bir və ya daha çox əzizi dünyasını dəyişmiş və qəbirlərdə yatmaqdadırlar. İnsan gərək ölən əzizlərini unutmasın. Daima onlar üçün saleh əməlləri hədiyyə etsin. Onları ziyarət edib, sevindirsin. Təkcə ona görə yox ki, belə bir gün hamımız gözləyir. Ona görə ki, bunda Uca Allahın razılığı var.

 

Hal-hazırda ölənlərin bütün ümidləri ancaq bizədir. Çünki əməl dəftərləri bağlıdır. Onlar ancaq bizim göndərdiyimz hədiyyələr sayəsində rahatlıq tapa bilərlər. Ona görə də onları unutmayaq və bacardığımız qədər saleh əməllərimizdə onları da şərik qoşaq.

 

Əllamə Təbatəbai buyurur: “Bir salavat bərzəx aləmində ölülər üçün elə bir nura çevrilər ki, onlara həmin aləmin çətinliklərindən nicat verər. Ona görə də bacardığınız qədər ölüləriniz üçün salavat göndərin ki, intizar çəkirlər”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərdə yatan ölülərinizi yaddan çıxartmayın. Onlar sizə ehsan ümidi bəsləyirlər. Sizin ölüləriniz həbsdədirlər və sizin yaxşı işlərinizə rəğbət bəsləyirlər. Onların iş görmək qüdrətləri yoxdur. Siz sədəqə və duanızı onlara hədiyyə edin”.

 

Allah dünyasını dəyişənlərimizə rəhmət eləsin! Onları unutmayaq, gözləri bizdədir…//Deyerler.org

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..