Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 İyul 13:45
Şərh Yoxdur
2920

Bu 4 günahdan xüsusən uzaq olaq – Allah bunları çətin bağışlayır

Ustad Fatiminiya əxlaq dərslərinin birində buyurmuşdur: “Bir gün Ayətullah Bəhaəddinin xidmətinə getmişdim. Ağa əlini qaldırdı və ağzına işarə etdi.
Allah şahiddir ki, insanlar abır tökməyi çox asan hesab edirlər.

.
Baxın görün, Allah bu neçə günahı bağışlamır:
1. Bilərəkdən namaz qılmamağı.
2. Haqsız yerə insan öldürməyi.
3. Ağvalideyn olmağı.
4. Abır aparmağı.

Bu günahlar o qədər böyükdür ki, sahibləri tövbə tövfiqinə malik ola bilmirlər. Böyük alimlərdən birinin oğlu ki, öz zamanında böyük alimlərdən idi, mənim üçün danışırdı: “Atama dedim ki, atacan, sən – elm dənizisən. Əgər mənə bir nəsihət verməli olsan, nə deyərsən?”.
Dedi ki, atam başını aşağı saldı və sonra dedi: “Heç kəsin abırını aparma”.

.
Əzizlərim! İslam dini istəyir ki, heç kəsin abırı getməsin. Diqqət edin ki, bəziləri kimi dilinizlə cəhənnəmə getməyəsiniz.

Hədislərimiz buyurur ki, cəhənnəm əhlinin çoxu dilinə görə cəhənnəmlik olmuşdur. Əmirəl-möminin (ə) Haris Həmədaniyə buyurur: “Günahkar bir neçə növdür. Bir dəstə günah edər, sonra narahat və peşman olar. Tövbə edər və heç vaxt düşünməz ki, bir gün bu tövbəsini sındırsın. Ancaq ikinci dəfə sındırar. Üç dəfə, on dəfə…”.

Hədisdə oxuyuruq ki, əgər hər tövbə sındıran zaman həqiqi narahatçılığa malik olarsa, nəhayət şeytana qalib gələr”. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..