Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 İyun 15:27
Şərh Yoxdur
3306

Ustad Füruği: “İnsan bəsirətli olmaq üçün öz vücudunun kitabını oxumalıdır”

Bismillahir-rəhmanir-rəhim

İnsanın bir növ xəstəliyi də onun daxilinin korluğu və görməməzliyidir. Göz var, lakin bəsirət yoxdur. Mütəal Allah Peyğəmbərinə (s) buyurur:

تَراهُمْ يَنْظُرُونَ إِلَيْكَ وَ هُمْ لا يُبْصِرُون

“(Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!”[1]

Yəni, Peyğəmbəri (s) bəşər aləminə məhdud bilirlər.

İnsan bəsirətli olmaq üçün öz vücudunun kitabını oxumalıdır. Aləmin bütün mövcudları hər biri təklikdə bir kitabdır.

Bütün aləm sanki Onun meyxanəsidir

Hər bir zərrənin qəlbi onun peymanəsidir

Ağıl məst, mələklər məst, can məst

Hava məst, yer məst, göy məst.

Yəni, əgər aləmi düzgün dərk edə bilsən, Haqq camalının məsti olarsan.

Bəsirəti olmayan insan deyir: hardadır, hardadır?! Aləmə qarşı öz baxışını dəyişməyə cəhd et. Öz vücudun bir meyxanədir. Mütəal Allah buyurur:

نَفَخْتُ فيهِ مِنْ رُوحي

“Ona ruhumdan üfürdüm”[2]

Həqiqətdə Allah taala demək istəyir ki, sən bu dünya üçün deyilsən.

Haqq taala Adəmi yaratmaq istədikdə mələklər dedilər:

أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ

“Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”[3]

Mələklər də insanın vücud kitabını oxuya bilmədilər və insanın yalnız maddi cəhətini gördülər.

Allah mələklərin cavabında buyurdu:

إِنِّي أَعْلَمُ ما لا تَعْلَمُون

“Mən bildiyim şeyi siz bilmirsiniz!”[4]

Yəni, Mən bunu Yer üzündə canişin olmağı barədə bəzi həqiqət və sirləri bilirəm ki, siz ondan xəbərsizsiniz. Bu sözdən sonra mələklər dərhal özlərini yığışdırdılar və daha bir söz demədilər.

İnsan çox qəribə bir mövcuddur. Qabil, Habil ilə qarşılaşdı. Halbuki, istəsəydilər dünyanın yarısı birinin olardı, yarısı da o birisinin. Heç kəsin onlarla bir işi yox idi. Amma Qabil tamaha düçar oldu və öz qardaşına qarşı çıxdı. Əlbəttə, tamah insan üçün lazımdır, lakin onu dünyaya xərcləmək üçün deyil. Tamah, Haqq taalanın sifətlərində seyr etmək üçün lazımdır. İnsan Allaha tamah etməlidir, dünyaya yox. İnsan özünü torpaq aləmindən qurtarmayınca, dava-dalaş qurtarası deyil. Təkcə tövhid aləmində heç bir dava-dalaş, çəkişmə yoxdur.

Mələklərdən sonra şeytan etiraz etdi. Şeytan 6 min il ibadət etmişdi, amma insanın vücud kitabını oxuya bilmədi! İbadət bəndəliyin müqəddiməsidir. Neçə min il ibadət etdi, lakin bəndə olmadı. Şeytan dedi:

أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ

“Sən məni oddan, onu isə palçıqdan yaratdın”.[5]

Şeytan insanı maddə və torpaq cəhətindən gördü. Daha başa düşmədi ki, bu torpaq və palçıqda “Ona ruhumdan üfürdüm” var, onda dürr var. Şeytan ona görə heyran qaldı və süqut etdi.

Üçüncü dəstə, insanların özləridir ki, özlərini tanımadılar. Allahı unutdunsa, deməli özünü yaddan çıxarmısan. Gərək əhli-beytin (ə) vasitəsilə insanı tanıyasan, onlar insanı izah edirlər.

Əhli-beyt (ə) məclisində iştirak etmək insanı dəyişir. Bu məclisdə hətta cansız əşyalar də dəyişilir. Əllamə Təbatəbai Qumda bir hüseyniyyəyə daxil olur. Hüseyniyyənin divarları rənglənmiş olur və kərpicləri görünmür. Əllamə Təbatəbai deyir: Divarın bu tərəfinin kərpicləri o tərəfin kərpiclərindən daha köhnədir. Soruşdular ki, bunu hardan bilirsən? Dedi: Çünki bunlar daha nuranidirlər. Əhli-beyti (ə) zikr etmək zaman boyu onları daha nurani edib.

Cansızlar aləmi də öz yoxsulluq və fəqirliyini hiss edir və özünü bu fəqirlikdən çıxarmağa çalışır. Əgər öz fəqirliyini görməsə, seyr edə və yuxarı qalxa bilməz.

Bəziləri belə düşünürlər ki, sərvət və rəyasətlə doymaq mümkündür. Halbuki, öz vücudunun fəqirliyini nə qədər dərk etsə, o qədər tərəqqi edə bilər. Elə ki, kamil insanı görür, fikirləşir ki, o hara, mən hara?! Peyğəmbər (s) heç bir mərhələdə “doydum” demədi. Çünki öz fəqirliyini görürdü. Hətta bir mərhələyə çatdı ki, Quran buyurur:

ثُمَّ دَنَا فَتَدَلَّىٰ * فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ

“Sonra (Cəbrail Muhəmməd (s)) yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu”.[6]

Öz fəqirliyini gördün, başa düşürsən ki, hər bir nemət Allah tərəfindən verilib. Amma öz fəqirliyini görə bilməsən, tüğyan edirsən.

.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

.

www.ahliman.info

[1] (“Əraf” surəsi, ayə 198.)
[2] (“Hicr” surəsi, ayə 29.)
[3] (“Bəqərə” surəsi, ayə 30.)
[4] (“Bəqərə” surəsi, ayə 30.)
[5] (“Əraf” surəsi, ayə 12.)
[6] (“Nəcm” surəsi, ayələr 8-9.)

 

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..