Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Sentyabr 12:46
Şərh Yoxdur
1947

Behiştin sakini olacaq 14 kateqoriya insan

Qurani-Kərimin behişt müjdəsi verdiyi kəslər bunlardır:

 

1. İmanda qabaqcıl olanlar. “(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar”. (“Vaqiə” 10-12).

 

2. Saleh əməl sahibləri. “İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər”. (“İbrahim” 23).

 

3. Allah dərgahına yaxın olanlar. “Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu cənnət vardır”. (“Vaqiə” 88-89).

 

4. Yaxşı əməl sahibləri. “Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar cənnət əhlidirlər, orada əbədi qalacaqlar”. (“Yunus” 26).

 

5. Təqvalılar. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir”. (“Rəd” 35).

 

6. Şəhidlər“Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına alıb”. (“Tövbə” 111).

 

7. Səadət əhli. “Xoşbəxt olanlara gəldikdə, onlar cənnətdədirlər”. (“Hud” 108).

 

8. Namaz qılanlar“O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar. Məhz onlar (ali və xoşagələn) cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. (“Məaric” 34-35).

 

9. Səbirlilər. “Və onları etdikləri səbir müqabilində (üstün bir) cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır”. (“İnsan” 12).

 

10. İtaət edənlər. “Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər”. (“Fəth” 17).

 

11. İlahi qorxu əhli. “Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, Şübhəsiz, onun yeri cənnətdir”. (“Naziat” 40-41).

 

12. İman əhli. “İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər”. (“İbrahim” 23).

 

13. Tövbə əhli“Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin”. (“Təhrim” 8).

 

14. Yəmin səhabələri. “«Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa. Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar”. (“Muddəssir” 39-40).

Allah Təala bizləri bu sırada qərar versin. //Tebyan/Deyerler

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..