Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 May 05:31
Şərh Yoxdur
3019

İmam Məhdinin (ə.f) etdiyi dua. Ərəbcə transkripsiya və tərcümə

Şeyx Kəfəmi öz “Misbah” kitabında deyir: Bu dua, İmam Zamanın (ə.f) etdiyi duadır.

Bismillаhir-rәhmаnir-rәhim.

Əllahummərzuqna təvfiqət taəti və bu`dəl mə`siyəti və sid-qən niyyəti və irfanəl hurməh, və əkrimna bil huda vəl istiqa-məh, və səddid əlsinətəna bis səvabi vəl hikməh, vəmlə` qulu-bəna bil ilmi vəl mə`rifəh, və təhhir butunəna minəl hərami vəş şubhəh, vəkfuf əydiyəna əniz zulmi vəs sirqəh, vəğzuz əbsarəna ənil fucuri vəl xiya-nəh, vəsdud əsmaəna ənil ləğvi vəl ğəybəh, və təfəzzəl əla ulə-maina biz zuhdi vən nəsihəh, və ələl mutəəlliminə bil cuhdi vər rəğbəh, və ələl mustəmiinə bil ittibai vəl məvizəh, və əla mərzəl musliminə biş şifai vər rahəh, və əla məvtahum bir rə`fəti vər rəhməh, və əla mə-şayixina bil vəqari vəs səkinəh, və ələş şəbabi bil inabəti vət təvbəh, və ələn nisai bil həyai vəl iffəh, və ələl əğniyai bit təvazui vəs səəh, və ələl fuqərai bis səbri vəl qənaəh, və ələl ğuzati bin nəsri vəl ğələbəh, və ələl usərai bil xəlasi vər rahəh, və ələl umərai bil ədli vəş şəfəqəh, və ələl rəiyyəti bil insafi və husnis sirəh, və barik lil huccaci vəz zuvvari fiz zadi vən nəfəqəh, vəqzi ma əvcəbtə ələyhim minəl həcci vəl umrəh, bifəzlikə və rəhmətikə ya ərhə-mər rahimin.

 

Duanın tərcüməsi:

Allahım! Bizlərə Sənə itaət etməyi və itaətsizlikdən uzaq olmağı nəsib et, pak niyyətləri, hörməti, sabitqədəm və doğru yolu tapmağa bizə kömək ol, dilimizi doğru danışmağa və hikmətə alışdır, ürəklərimizi elm və hikmətlə doldur, qarınlarımızı haram və şübhəli qidadan təmiz saxla, əllərimizi zülm və oğurluqdan uzaq saxla, gözlərimizi azğınlıqdan və xəyanətdən qoru, qulaqlarımızı bihudə və pis sözlərdən uzaq saxla, alimlərimizə xeyirxahlıq və dindarlıq əta et, tələbələrimizə səy və həvəs əta et, dinlə­yənlərimizə itaət və ibrət almaq,  müsəlman xəstələrə şəfa və rahatlıq əta et, ölənlərə mehribanlıq və təskinlik, yaşlılarımıza vüqarlı və ağır olmaq, gənclərimizə qayıdış və tövbə, qadınlarımıza həya və ismət, zənginlərimizə təvazö­karlıq və səxavətli olmaq, yoxsullarımıza dözüm və qənaət, döyüşçülərə yardım və qələbə, əsirlərə azadlıq və asanlıq, rəhbərlərə ədalət və mehribanlıq, rəiyyətə insaf və gözəl rəftar, hacılara və zəvvarlara azuqə və səfər xərclərində bərəkət ver, həcc və ümrə ziyarətində onlara vacib etdiyin əməlləri yerinə yetirməyi nəsib et. Öz kərəmin və rəhmə­tinə xatir, ey mehribanların ən mehribanı!

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..