Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Fevral 13:48
Şərh Yoxdur
2183

Peyğəmbərimizi (s) kim tərbiyə etmişdir?

Ədəb nədir?

Ədəbin özü bir neçə hissəyə bölünür. O cümlədən dini ədəbə, İlahi ədəbə, peyğəmbərlərin (ə) ədəbinə, rəhmani ədəbə…

 

Dini ədəbə riayət etməkdə bir neçə nöqtə çox mühümdür.

 

1. Din, insan həyatının hər bir sahəsini əhatə edər və İlahi çərçivəsindən çıxmaz.

2. Dini ədəbin şiddətli və zəif tərəfləri vardır.

3. İslam dini – ən kamil İlahi ədəbdir ki, insan həyatının hər bir sahəsini əhatə edər. İlahi ubudiyyət yolu vasitəsilə insanları elmi və əməli tövhidə tərəfə dəvət edər. İnsanların varlığında rəhmani ədəb meydana gələr. Əlbəttə bu məqam agahlıq, azadlıq, seçim, məsuliyyətli olmaq, dinə əməl etmək yolları ilə tədricən meydana gələr. Bu məqama layiq olan insanlar peyğəmbər (s) və bütün Məsumlardır (ə).

“Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

 

Bu ayədə adı çəkilən təyyibə həyat – İlahi ədəblə olan həyatdır. Mömin İlahi və dini ədəbə malik olar, əxlaqı və əməli ilə imanın ən uca zirvəsinə yüksələr.

 

İmam Sadiq (ə) buyurur: “Böyük Allah Öz peyğəmbərini (s) tərbiyə etmişdir və çox gözəl tərbiyə etmişdir. Çünki ədəbi onda kamala çatdırmışdır.

Onun haqqında buyurmuşdur: “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4).

Sonra dini və ümməti ona tapşırır ki, bəndələrini idarə etsin”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Mən Allah tərəfindən yetişdirilmişəm, Əli (ə) isə mənim tərəfimdən yetişdirilmişdir”. (Həvzəh/Deyerler)

 

Beləliklə deyə bilərik ki, Allah Təala Peyğəmbərimizi (s) tərbiyə etmişdir. Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) tərbiyə etmişdir. İmam Əli (ə) isə möminləri tərbiyə etmiş və onlara İlahi ədəbi aşılamışdır.

Hər kim İlahi və dini ədəblə tərbiyə alar – Peyğəmbər (s) və Məsum İmamların (ə) ən üstün davamçısı olar. Bunu əxlaqında və əməlində nümayiş etdirər.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..