Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Yanvar 12:44
Şərh Yoxdur
2903

İmam Səccad (ə): Şəhadət bizim kəramətimizdir”

İmam Sadiq (ə) buyurur: “O kəs ki, Allah yolunda şəhid olar, Allah onu heç bir günahından agah etməz”. (Yəni, onun artıq günahı olmaz).

 

İmam Baqir (ə) buyurur: “Allah üçün heç bir damcı, Allah yolunda tökülən qan damcısından sevimli deyildir”.

 

İmam Əli (ə) buyurur: “Ölüm, tələsən və təqib edəndir. Ən əziz ölüm – (Allah yolunda) öldürülməkdir”.

 

İmam Səccad (ə) buyurur: “Öldürülmək – bizim adətimiz və şəhadət – bizim kəramətimizdir”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Allah, Onun yolunun mücahidini behiştdə başqalarından yüz dərəcə ucaya qaldırar ki, hər iki dərəcə arasındakı məsafə – yerlə göy arasında olan məsafə qədər olar”.

 

İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, əgər düşmənə görə şəhadət arzusunda olmasaydım, miniyimə minər və sizlərin arasından köçərdim və o zamana qədər ki, şimal və cənub küləyi əsməz – sizin axtarışınızda olmazdım”.

 

İmam Sadiq (ə) buyurur: “Behiştin bir qapısı vardır ki, adı “Mücahidin”dir. Mücahidlər öz silahları ilə onlar üçün açılan qapıya tərəf gedərlər, o halda ki, məxluqlar məhşərdə olarlar”. (Beytutə/Deyerler)

 

İmam Əli (ə) buyurur: “Ölümdən qaçış yoxdur. Hər kim öldürülməzsə, ölər. Ən üstün ölüm – Allah yolunda öldürülməkdir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Allahı axtarmaq çağırışı insan varlığının dərinliyindən gəlir

İnsan mürəkkəb cism çərçivəsindən kənar, bədən moketi ilə əsla məhdudlaşmayan böyük həyati yönlərə malikdir. Maddi və fiziki kostruksiyanın sərhədlərini aşan cəhətlərin öyrənilməsi... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..