Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Sentyabr 10:23
Şərh Yoxdur
4073

Bu gün həzrəti Rüqəyyənin (s) şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür

Bu gün Həzrət İmam Hüseynin (ə) məzlum balası Həzrət Rüqəyyənın (s.ə) Şamın xarabasında şəhid olduğu gündür. Bu şəhadət münasibətilə başda Həzrət İmam Zaman (ə.f) olmaqla, bütün Əhli-Beyt (ə) aşiqlərinə təsliyyət ərz edirik.

 

Həzrət Rüqəyyənin (s.ə) şəhadət tarixçəsi

“Əsr vaxtı Şamın xarabasında bibisi Həzrət Zeynəbdən (s.ə) şamlı uşaqların ora-bura getdiklərinin görən bala, bibisindən uşaqların hara getdiklərini soruşur. Bibisi uşaqların evlərinə getdiklərini bildirir. Qızcığaz: “Bibi, bəs bizim evimiz yoxdur?” – deyə soruşur.

Həzər Zeynəb (s.ə) cavab verir ki, niyə yoxdur, bizim evimiz Mədinədədir.

Bu zaman Xanım Rüqəyyənin (s.ə) atası ilə birlikdə yaşadıqları anlar yadına düşür və atasını istəyir. Xarabanın bir guşəsinə çəkilərək, qəmli halda yuxuya gedir. Yuxuda atasını görən bala, hövlnak yuxudan ayılır və ağlayaraq atasını çağırmağa başlayır. Qızın ağlaması xarabadakı digər xanımları da ağladır.

Xarabadan ucalan ah-nalə Yezidin (lən) sarayında da eşidilməyə başlayır. Yezid (lən) məsələnin nə yerdə olduğunu bildikdə əmr edir ki, İmam Hüseynin (ə) kəsilmiş mübarək başını Xanım Ruqəyyəyə (s.ə) aparsınlar.

İmam Hüseynin (ə) mübarək başını bir siniyə qoyub ,xarabaya gətirib qoyurlar Şəhidlər Sərvərinin qızının qabağında.

 

Həzrət Rüqəyyə (s.ə) sininin üzərindəki örtüyü kənara çəkən zaman atasının kəsilmiş başını görən kimi, başı əlinə götürərək ağuşuna basır. Mübarək başın alnından və dodaqlarından öpən bala, yanğı ilə ağlayaraq deyir: “Atacan, üzünü kim belə al-qana qərq edib? Atacan, boynunun damarlarını kim kəsib? Atacan, kim bizi uşaq vaxtı yetim qoydu? Atacan, yetim uşaqlar böyüyənədək kimə pənah apararlar? Atacan, kaş torpağı özümə yastıq edəydim amma saqqalını qana boyanmış görməyəydim”.

 

Xarabanın bir guşəsində, atasının başı ağuşunda bu cür oxşamalar deyə-deyə birdən səsi kəsilir. Xarabadakılar balanın yuxuya getdiyini düşündülər. Yaxınlaşdıqda, o məzlum balanın canını tapşırdığını gördülər.

Xanımlar balaya qüsl verib, onu elə orada da dəfn etdilər”.

 

Əla lənətullahi ələl-qaumiz-zalimin

 

www.ahliman.info

 

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..