Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Avqust 10:17
Şərh Yoxdur
2554

Həzrət Nuh (ə): “Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!”

Bir gün Həzrət Nuh (ə) görür ki, kafirlərdən biri kiçik oğluna vəsiyyət edir ki, Həzrət Nuhun (ə) sözlərinə əhəmiyyət verməsin və ona bacardığı qədər əziyyət versin. Bu uşaq da atasının qucağında olduğu üçün ona deyir: “Atacan, məni yerə qoy ki, daş götürüb ona tərəf atım”.

 

Həzrət Nuh (ə) belə münasibətdən, bu cür nifrətdən narahat olur və Allaha dua edir: “Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!». «Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».

«Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır»”. (“Nuh” 26-28).

 

Onun duası yerinə yetir və yağış yağmağa başlayır. Bu yağış 40 gün yağır və onun şiddətli halda yağması evləri viran edir və insanları avara hala salır. (Həvzəh/Deyerler)

 

Həzrət Nuh (ə) və davamçıları gəmiyə minirlər və bu əzabdan nicat tapırlar. Nuh (ə) gəmiyə minməzdən əvvəl bir qədər kiçik daşlar götürür və dua edir. Onlardan buğda cücərməyə başlayır. Elə ki, quruya çıxırlar, Nuh (ə) onları əkir və onlar məhsul verirlər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..