Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Fevral 10:00
Şərh Yoxdur
6892

313 nəfərdən 50 nəfəri qadınlardır

 İmam Mehdinin  (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq.

 

Bir çox hədislərə əsasən, İmam Mehdinin (ə.f) Bədrdə döyüşən səhabələrin sayı qədər, yəni 313 nəfər səhabəsi olacaq.[1]  Bəzi hədislərdə də bildirilir ki, İmam Mehdinin  (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq.

İmam Baqir (ə) buyurmuşdur: “İmam Mehdinin (ə.f) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan başqa məbud qalmaz…”[2]

 

Şeyx Tusi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misir, Şam və İraqdan gələnlər var…”[3]

İbn Tavus öz kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını qeyd etmişdir.

Nömani nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var”.[4] Müfəzzəl ibn Ömər İmam Sadiqə (ə) istinadən bildirib ki, Qaimin (ə) səhabələri arasında on üç nəfər qadın da var.[5]

 

Bəzi hədislərdə bildirilir ki, həzrətin əlli qadın səhabəsi həmin 313 nəfərdəndir. Cabir ibn Yezid Cövfi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar…”[6]

 

www.ahliman.info

[1] Yәnabiul-Mәvəddəd, səh.509; Elamul-vəri, səh.433

[2] Həmin mənbə

[3] Tusi, Əl-ğeybət, səh.284

[4] Nömani, Əl-ğeybət, səh.279

[5] Dəlailul-imamət, səh.259; İsbatul-hudat, c.3, səh.75

[6] Məcməul-zəvaid, c.7, səh.315

 

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.

Bu gün qəməri təqvimi ilə rəbiüs-sani ayının 10-u yeddinci İmam Musa Kazımın (ə) qızı xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür. İmam Rza (ə) bir... Davamı..

8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..