Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Avqust 13:07
Şərh Yoxdur
6978

Həzrət Əlinin (ə) möcüzələri – “Böyük bir daşı yerdən qaldırması”

İmam Əli (ə) öz əshabı ilə Siffeynə gedən zaman səhrada susuzluqla qarşılaşdı. Onlar su tapmaq üçün çox səy etdilər.  Lakin tapa bilmədilər. Nəhayət, Əli (ə) bir yeri müəyyən edib, su tapmaq üçün oranı qazmağı göstəriş verdi. Onlar yeri qazmağa başladılar. Qazıntı zamanı böyük bir daşa çatıb dayandılar. Əlinin (ə) yanına gəlib dedilər: “Burada böyük bir daş var və külüng ona təsir etmir.”

İmam Əli (ə) buyurdu: “Bu böyük daş suyun üzərindədir. Əgər o götürülsə, suyu çıxarmaq olar.” Bütün əshab o daşı qaldırmağa çalışdılar. Lakin faydası olmadı. Əli (ə) gördü ki, bu daşı qaldırmaq onların işi deyil. Buna görə də irəli gedib, əlini daşın altına saldı və daşı yerindən oynadıb qaldırdı. Sonra onu bir neçə metr kənara atdı. Bu zaman əshab zülal[1] suyu müşahidə edib ondan içdilər. Bu onların səfərdə içdikləri ən sərin və şirin su idi.

Həzrət Əli (ə) buyurdu: “Sudan için və ehtiyat üçün götürün“. Sonra daşı götürüb, yerinə qoydu. Quyunun əsərlərini aradan aparıb gizlətdi.[2]

 

www.ahliman.info

______________________
[1] Sərin, duru və şirin su.

[2] Biharul-Ənvar, 41-ci cild, səh. 261.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..