Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Aprel 10:04
Şərh Yoxdur
4807

Ramazan ayının hər gecəsinin müstəhəb namazı var

Ramazan ayının hər gününə məxsus dualar olduğu kimi, hər gecəsinə məxsus fəzilətli namazları vardır ki, onlarla tanış olaq. Bunu qeyd edək ki, bu namazlar müstəhəb namazlardır, ona görə də qılmaq imkanı olanlar üçün təqdim olunur.

Ramazan ayının ilk gecəsinin namazı: dörd rükət namazdır ki, «Həmd»dən sonra 15 dəfə “Tövhid” surəsini oxumaq.

Ramazan ayının ikinci gecəsinin namazı: dörd rükətli namazdır ki, hər rükətdə «Həmd»dən sonra 20 dəfə “Qədr” surəsi.

Ramazan ayının üçüncü gecəsinin namazı: on rükət namazdır ki, hər rükətdə “Həmd”dən sonra 50 dəfə “Tövhid” surəsi.

Ramazan ayının dördüncü gecəsinin namazı: 8 rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 20 dəfə “Qədr” surəsi.

Ramazan ayının beşinci gecəsinin namazı: iki rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 50 dəfə “Tövhid” surəsi və salamdan sonra 100 dəfə salavat.

Ramazan ayının altıncı gecəsinin namazı: dörd rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra “Mulk” surəsi.

Ramazan ayının yeddinci gecəsinin namazı: dörd rükətli namazdır ki, «Həmd»dən sonra 13 dəfə “Qədr” surəsi.

Ramazan ayının səkkizinci gecəsinin namazı: iki rükətli namazdır ki, hər rükətdə «Həmd»dən sonra 10 dəfə “Tövhid” və salamdan sonra 1000 dəfə “Subhənallah” demək.

Ramazan ayının doqquzuncu gecəsinin namazı: altı rükət namazdır ki, məğriblə işa namazları arasında qılınır və hər rükətdə «Həmd»dən sonra 7 dəfə Ayətül-kürsü oxunur və salamdan sonra 50 dəfə salavat deyilir.

Ramazan ayının onuncu gecəsinin namazı: 20 rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 30 dəfə “Tövhid” oxunur.

Ramazan ayının on birinci gecəsinin namazı: iki rükətli namazdır ki, hər rükətdə «Həmd»dən sonra 20 dəfə “Kövsər” surəsi oxunur.

Ramazan ayının on ikinci gecəsinin namazı: 8 rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 30 dəfə “Qədr” surəsi.

Ramazan ayının on üçüncü gecəsinin namazı: dörd rükətli namazdır ki, hər rükətdə «Həmd»dən sonra 25 dəfə “Tövhid” surəsi.

Ramazan ayının on dördüncü gecəsinin namazı: 6 rükət naamzdır ki, hər rükətdə «Həmd»dən sonra 30 dəfə “Zəlzələ” surəsi.

Ramazan ayının on beşinci gecəsinin namazı: dörd rükətli namazdır ki, ilk iki rükətdə «Həmd»dən sonra 100 dəfə “Tövhid” surəsi oxunur və qalan iki rükətdə isə 50 dəfə.

Ramazan ayının on altıncı gecəsinin namazı: 12 rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 12 dəfə “Təkasur” surəsi.

Ramazan ayının on yeddinci gecəsinin namazı: iki rükətli namazdır ki, birinci rükətdə «Həmd»dən sonra hansı surəsini istəsə oxusun, ikinci rükətdə isə 100 dəfə “Tövhid” surəsi oxunur və salamdan sonra yüz dəfə “Lə iləhə illəllah” zikri.

Ramazan ayının on səkkizinci gecəsinin namazı: dörd rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 25 dəfə “Kövsər” surəsi oxunur.

Ramazan ayının on doqquzuncu gecəsinin namazı: 50 rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra “Zəlzələ” surəsi oxunur.

Ramazan ayının iyirminci gecəsinin namazı: 8 rükət namazdır ki, «Həmd»dən sonra hansı surəsin istəsə oxusun.

Ramazan ayının iyirmi birinci gecəsinin namazı: 8 rükət namazdır ki, «Həmd»dən sonra hansı surəni istəsə oxusun.

Ramazan ayının iyirmi ikinci gecəsinin namazı: 8 rükət namazdır ki, «Həmd»dən sonra hansı surəni istəsə oxusun.

Ramazan ayının iyirmi üçüncü gecəsinin namazı: 8 rükət namazdır ki, «Həmd»dən sonra hansı surəni istəsə oxusun.

Ramazan ayının iyirmi dördüncü gecəsinin namazı: 8 rükət namazdır ki, «Həmd»dən sonra hansı surəni istəsə oxusun.

Ramazan ayının iyirmi beşinci gecəsinin namazı: 8 rükət namazdır ki, «Həmd»dən sonra on dəfə “Tövhid” surəsi.

Ramazan ayının iyirmi altıncı gecəsinin namazı: 8 rükət namazdır ki, «Həmd»dən sonra 100 dəfə “Tövhid” surəsi.

Ramazan ayının iyirmi yeddinci gecəsinin namazı: 4 rükət namazdır ki, «Həmd»dən sonra “Mulk” surəsi oxunsun və əgər bacarmasa, 25 dəfə “Tövhid” (“İxlas”) surəsi oxunsun.

Ramazan ayının iyirmi səkkizinci gecəsinin namazı: 6 rükət namazdır ki, «Həmd»dən sonra 100 dəfə Ayətül-kürsü, 100 dəfə “Kövsər”, 100 dəfə “Tövhid” oxunsun və salamdan sonra 100 dəfə salavat.

Ramazan ayının iyirmi doqquzuncu gecəsinin namazı: 2 rükət namazdır ki, «Həmd»dən sonra 20 dəfə “Tövhid” surəsi.

Ramazan ayının otuzuncu gecəsinin namazı: 12 rükət namazdır ki, «Həmd»dən sonra 20 dəfə “Tövhid” surəsi oxunur və salamdan sonra 100 dəfə salavat deyilir.

Allah qəbul etsin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..