Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Avqust 11:26
1 Şərh
8684

İmam Zamanın (ə.f) zühurunun qəti əlamətlərini tanıyaq

Hədislərə istinadən deyə bilərik ki, zühurun 5 qəti əlaməti  aşağıdakılardan ibarətdir:

  1. Yəmaninin qiyamı;
  2. Süfyanını qiyamı;
  3. Asimandan  gələn səda (çağırış);
  4. Süfyani ordusunun Beyda çölündə yerə batması;
  5. Nəfsi Zəkiyyənin qətlə yetirilməsi;

Bu əlamətlərdən  bəzisi İmamın (ə.f) zühurundan bir az əvvəl, bəzisi İmam (ə.f) zühur etdikdən bir neçə ay sonra, bəzisi isə İmamın (ə.f) ümumbəşəri qiyamından bir az öncə baş veəcək və müşahidə ediləcək./İmamzaman.az/

 

Bu barədə cüzi fərqlərlə çoxlu hədislər nəql olunmuşdur. Bu əlamətlərin hər biri barədə geniş və izahlı söhbət açacağıq. Hələlik, bu beş əlaməti özündə ehtiva edən bəzi hədislərin qısa məzmunu ilə tanış olaq.
İmam Sadiq (ə) buyurur:


خـمـس قـبل قیام القائم علیه السلام : الیمانی و السفانی و المنادی ینادی من السماء و خسف بالبیداء و قتل النفس ‍ الزکیة

“Qaimin (ə.f) qiyamından öncə beş şey baş verəcək: Yəmaninin qiyamı, Süfyaninin qiyamı, asimandan gələn səda, (Yəməndə) Beyda çölündə (Süfyani ordusunun) torpağa batması, Nəfsi Zəkiyyənin qətlə yetirilməsi.” (1)
İmam (ə) başqa bir hədisdə  buyurur:

 

 قـبـل قـیـام القـائم خـمـس عـلامـات مـحـتـومـات : الیـمـانـی و السـفـیـانـی و الصـیـحـة و قتل النفس الزکیة و الخسف بالبیداء

 

“Qaimin (ə.f) qiyamından öncə görünəcək  beş qəti əlamət Yəmani və Süfyaninin qiyamı, asimandan səsin (şağırışın) eşidilməsi, Nəfsi Zəkiyyənin öldürülməsi və (Sufyani ordusunun) Beyda çölündə yerə batmasıdır.”  (2)

 

Başqa bir yerdə isa İmam (ə) bu əaləmətləri belə ifadə edir:


النداء المحتوم و السفیانی من المحتوم و خسف البیداء من المحتوم و الیمانی من المحتوم و قتل الفنس الزکیه من المحتوم

 

“Asimandan eşidilən səs, Süfyaninin (irticaçı) qiyamı, Yəmaninin qiyamı, (Süfyani ordusunun) Beyda çölündə yerə batması və Nəfsi Zəkiyyənin qətlə yetirilməsi zühurun qəti əlamətlərindədndir. “ (3)

 

Bəzi hədislərdə qeyd olunan Xorasanlı Seyidin də qiyamı zühurun əlamətlərindən hesab edilmişdir. Lakin heç bir hədisdə bu hadisə qəti əlamət kimi qeyd edilmir. Bəzi mühəddislər Xorasanlının elə həmin Seyid Hüseyni olduğunu qeyd etmişlər. Bəziləri də Nəfsi Zəkiyyənin həmin Seyid Hüseyni olduğunu qeyd etmişlər.  Bütün hallarda hədislərdə Süfyani və Yəmaninin qiyamı ilə eyni vaxtda Xorasanlı Seyidin də qiyam edəcəyinə işarə edilmişdir. Bəziləri onun Təmimdən olan qarabuğdayı , enli kürəkli,  Şəb ibn Saleh adlı bir cavan olacağını qeyd eiblər. O, öz qıyamını 4 min qoşunla Rey şəhərindən başlayacaq. Onların geyimləri ağ bayraqları isə qara olacaq. O, Hz. Məhdinin (ə.f) bayraqdarı kimi İliya (Qüds) torpaqlarına daxil  olacaq.

 

www.ahliman.info

 

 

___________

Mənbələr:

 

(1) Şeyx Səduq İkmalud-Din, c.2, səh.649, Şeyx Tusi, əl-Ğeybə, səh.267, zühur əlamətləri cüzi fərqlərlə  Biharul-Ənvar, c.52, səh.203- də də qeyd olunmuşdur.

(2) İkmalud-din, c.2, səh. 650,  Biharul-Ənvar, c.52, səh.204

(3) Nomani, Əl-Ğeybə, səh. 252 və 257, Biharul-Ənvar, c.52, səh.233.

 

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..