Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Mart 09:02
Şərh Yoxdur
3470

Bu gün bütün cavanlar üçün örnək olan Əli Əkbər ağanın (ə) təvəllüdüdür

Əli Əkbər ağa (ə) 33-cü hicri ilində şəban ayının 11-də dünyaya gəlmişdir. Peyğəmbərimizin (s) yeni dünyaya gələn övladlarla bağlı verdiyi mübarək buyuruşlara əsasən, atası İmam Hüseyn (ə) Əli Əkbər ağanın (ə) sağ qulağına azan və sol qulağına iqamə oxumuşdur. O, elə bir dövrdə dünyaya gəlmişdi ki, Əli adını qoymaq bir cinayət sayılırdı. Çünki bu adı səsləndirməyi qadağan etmişdilər. İmam (ə) yaxşı bilirdi ki, hər bir insanın adı onun şəxsiyyətindən və şərafətindən xəbər verir. Ona görə də oğlunun adını Əli qoyur. Ona Əkbər ləqəbini verir, çünki övladlarının ilki idi. O, ailənin böyük oğlu idi.

Əlinin yeddi yaşı olanda dini təlim almağa başlayır. Atasının düzgün nəzarəti nəticəsində çox gözəl əxlaqa və elmə yiyələnir. Bir gün İmam (ə) Əbdürrəhmana buyurur ki, Əliyə “Həmd” surəsini öyrətsin. O zaman ki, surəni atasına deyir, atası Əbdürrəhmana çoxlu pul və hədiyyə verir. Ətrafındakılar təəccübləndiyi üçün onlara buyurur: “Bu hədiyyələr Əlinin müəlliminin gücü ilə bərabər deyildir. Quran təliminin qarşısında bütün hədiyyələr dəyərsizdir”.

Əli Əkbər elə bir əxlaqa malik idi ki, cavanları ətrafında toplaya bilirdi. Əli babası Peyğəmbərə (s) çox bənəzəyirdi. Ona görə də babasının əxlaq və rəftarını öyrənib, onun kimi rəftar etməyə çalışırdı. Yaşıdları ilə bir yerdə olanda gülərüz olardı, tək qalanda isə çoxlu təfəkkür edər və düşünərdi. Daha çox Allahla xəlvətdə qalmağı sevərdi.

Əli Əkbər Kərbəla səhnəsində də cavanlar üçün igidlik və şücaət rəmzi idi. Özünün hər hücumunda 10-a qədər düşməni məhv edirdi. O zaman ki, 25 nəfərlə Fəratın sahilinə gedir, ailəsi və səhabələr üçün su gətirir. Əmisi Əbilfəzil Abbas (ə) onu şücaət və igidliyinə görə çox sevirdi.

Tarixdə oxuyuruq ki, adətən döyüş meydanında igidlik göstərən cəngavərlər hərbdən vaxt tapmadıqları üçün kifayət qədər təhsilli və elmli olmazlar. Ancaq Əli Əkbər ağa (ə) hərtərəfli inkişaf etmiş bir cəngavər idi. Alimlərin məclisində danışan zaman hamını heyrətə gətirərdi. Həzrət Peyğəmbərin (s) bir çox zahiri və daxili xüsusiyyətlərini onda görmək olardı. O, elə bir cavan idi ki, çətinliklərə səbir etməyi bacarırdı. Müsibətlər qarşısında dözümlə rəftar nümayiş etdirirdi.

Əli Əkbər bu cür çətin anlarda İlahi rizaya təslim olurdu. İlahi bəlalar qarşısında o qədər təmkinli idi ki, bəzən başqalarını təəccübləndirirdi. Kərbəlada atasına deyir: “Məgər biz haqlı deyilik?”. İmam (ə) buyurur: “Bəli”.

Deyir: “Onda ölümdən heç bir qorxum yoxdur”.

Müaviyə (lən) bir gün ətrafındakılardan soruşur: “Bu zamanda kim müsəlmanların xilafətinə daha çox layiqlidir?”. Ətrafındakı tülküsifətlilər xəlifənin adını çəkirlər. Ancaq o, deyir: “Belə deyildir. Hökumət üçün ən layiqli insan – İmam Hüseynin (ə) oğlu Əli Əkbərdir. Bəni-Haşimin şücaətini, Bəni Uməyyənin səxavətini, Səqif qəbiləsinin gözəlliyini özündə cəm etmişdir”.

Hətta düşmən münafiqlər də o Həzrətin (ə) keyfiyyətini etiraf etməyə məcbur idilər.

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..