Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Mart 17:24
Şərh Yoxdur
2446

Əgər hamımız Həzrət Adəmin (ə) nəvələriyiksə, niyə rəngimiz irqimiz fərqlidir?

Yer kürəsinin hər bir yerində yaşayan insanlar o yerin təbiətinə uyğun olaraq müxtəlif rəngə, irqə və dilə malikdirlər.

 

İrqlər arasında ən mühüm fərq – rəng fərqidir. Çox vaxt bədəndə qəhvəyi rəngdə hüceyrələr olur ki, iqlimə əsasən formalaşar. Əgər bu hüceyrələrin sayı çox olarsa, insanın bədən rəngi daha tünd olar. Əgər az olarsa, rəngi açıq-sarı olar. Asiyada yaşayan  insanların rəngi kimi. Əgər bədəndə bu hüceyrələr heç olmazsa, o zaman bədənin rəngi ağ olar. Avropa insanlarının rəngi kimi.

İnsan rənginin formalaşmasına təsir edən amillər – genetika və irsiyyət ilə yanaşı, coğrafi şərait, ictimai və hətta gigiyena amilləridir.

 

Əgər hədislərimizə müraciət etsək, görürük ki, Allah Təala Həzrət Adəmin (ə) xəmirini müxtəlif rənglərdən təşkil etmişdir.

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Adəm (ə) bütün gillərdən xəlq olmuşdur, yoxsa vahid bir gildən? Həzrət (s) buyurur: “Bütün gillərdən. Əgər vahid bir gildən xəlq olunsaydı, insanların bəzisi, bəzilərini tanımazdılar. Torpağında ağ, yaşıl, qırmızı və s. rənglər mövcuddur. Bəzi torpaqlar yumşaq və bəziləri də sərtdir. Ona görə də insanların bəzisi ağdır, bəziləri sarı, bəziləri qırmızı və qaradır. Rənglərdəki bu fərq – torpağın rənginə əsasəndir”. (Həvzəh/Deyerler)

 

İmam Əli (ə) buyurur: “İnsanların arasında olan fərq onların fitrətinin müxtəlifliyinə görədir. Çünki insanın əvvəlki tərkibi şor, şirin, yumşaq və sərt torpaqdan olmuşdur. Biri gözəl və ağılsız, biri uzun qamətli və az hümmətli, biri çirkin və saleh, biri alçaq boylu və xoş fikirli, biri pak fitrətli və pis əxlaqlıdır…”.

 

Allah Təala Quranda insanların fərqli olması barəsində buyurur: “Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə, böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur).

Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır”. (“Hucurat” 13).

 

Bu ayənin təfsirində oxuyuruq: “Ata və ana dedikdə, məqsəd – Adəm (ə) və Həvvadır. Allah buyurur ki, biz sizi bir kişi və bir qadından yaratmışıq. Hamınız o ikisinin vasitəsilə yayılmısınız. İstər ağ rəngliləriniz olsun, istərsə də qara rənglilər. İstər ərəb olsun, istərsə də əcəm. Biz sizi qəbilələrə bölmüşük, ona görə ki, bir-birinizi tanıyasınız”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..