Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Yanvar 12:14
Şərh Yoxdur
2544

Həqiqi mömini necə tanımaq olar? – Peyğəmbərimizin (s) mübarək izahı

Dinimiz bizə etməli və etməməli olduğumuz hər şeyi öyrətmişdir. Hər kim ona əməl edər – xilas olar. Bu, həkimin verdiyi reseptə bənzəyir ki, əgər xəstə ona əməl edərsə, şəfa tapa bilər.

 

Əgər kimsə mahir idmançı olmaq istəyirsə, bir neçə dərsə getməklə idmançı ola bilməz. Bunun üçün davamlı məşğələlərə və səyə ehtiyac vardır. Hətta bəzi insanlar nə qədər təmrin və təkrar etsələr də, istədikləri nəticəni əldə edə bilmirlər.

 

İslam dinini qəbul edən insan da bu idmançı kimidir. İnsan ancaq şəhadətləri deməklə müsəlman olmaz. Hətta bəzi göstərişləri yerinə yetirib, bəzilərini təxirə salmaq belə, insanı həqiqi müsəlman etməz.

 

Ona görə də İslam dini o zaman səmərə verər ki, insan onun buyurduqlarını yerinə yetirməklə yanaşı, bu yolda səy göstərər, təmrin edər. Öz əxlaq və rəftarını islah etməyə çalışar. Nəfsini tərbiyə edər. İnsanlara xidmət edib, saleh əməllər yerinə yetirər.

 

Allah Təala Qurani-Kərimdə saleh əməli ən yaxşı insanların nişanəsi kimi tanıtmışdır. “Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar”. (“Bəyyinə” 7).

 

İslamın buyurduğu ideal insanın səviyyəsinə çatmaq üçün Məsumların (ə) həyatı və əməlləri ilə tanış olub, onlardan nümunə götürmək lazımdır. O zaman ki, insanın örnəyi olar, məqsədə çatması da daha asan olar.

 

Məsumlar (ə) dinimizin həkimləridir və onların verdiyi dərmanlar bizi mütləq sağaldacaqdır. Həzrət Peyğəmbər (s) bir həkim kimi buyurur ki, əgər həqiqi mömin olmaq istəyirsənsə, gərək dilinə və əlinə nəzarət edəsən. Yəni, nə dili və nə də əli ilə başqalarına əziyyət verməməlidir.

 

Həzrət (s) buyurur: “Müsəlman o kəsdir ki, başqa müsəlmanlar onun əlindən və dilindən amanda olarlar. Mömin o kəsdir ki, insanların malı və canı onlara qarşı amanda olar”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur ki, o insan ki, ancaq öz rifahını düşünər və başqalarına qarşı biganə olar, bu cür insan müsəlman deyildir.

 

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, səhəri edər və müsəlmanların işləri üçün səy göstərməz – onlardan deyildir. O kəs ki, başqasının fəryad səsini eşidər və onun yardımına tələsməz – müsəlman deyildir”.

 

Ona görə də dinimiz ancaq şəhadətləri demək, bəzi vacibatları yerinə yetirməklə bitməz. Həqiqi müsəlman o kəsdir ki, həm dinin buyurduqlarına əməl etsin, həm haram buyurduqlarından çəkinsin, həm əxlaq və rəftarını islah etsin, həm də insanlara xidmət üçün səy göstərsin.

 

O insanlar ki, qeyri-əxlaqi rəftarları ilə İslamı sual altına alar, onlar Qiyamət günü buna görə cavab verəcəklər. (Mehrnyus/Deyerler)

 

“Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin (s) dəvətini, onun dinini və Kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır”. (“Səff” 8).

 

Allah Təala bizləri həqiqi möminlərdən qərar versin, inşəallah!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..