Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Avqust 16:49
Şərh Yoxdur
12574

Bu zikrlər ruzini artırar, nemətləri daha da genişləndirər

İmam Əli (ə) buyurur: “Ey Kumeyl! Əgər çətinlik sənə üz versə, çoxlu de:

لا حول و لا قوه الا بالله العلی العظیم» (“Lə həvlə və lə quvvətə illə billəhil-aliyyul-azim”). Əgər Allah tərəfindən sənə nemət çatsa, çoxlu de: “Əlhəmdulillah” ki, daha çox artsın. Ruzin gec gələn zaman de: استغفرالله ربی و اتوب الیه(“Əstəğfirullahə Rabbi və ətubu iləyh”).

Ziklər insanın qəflətini aradan apardığı kimi, həm də səbəb olar ki, insan İlahi maarifi öyrənsin. Axirəti üçün azuqə toplaya bilsin.

Bəzən insanı günaha tərəf dəvət edirlər, bu zaman yollar bağlanır. İnsan bilmir ki, həmin yol günah yoludur və həmçinin bilmir ki, bu yol niyə bağlandı. Sonra başa düşür ki, onu günah məclisinə dəvət etmişdilər. Başa düşür ki, bu yolu bağlayan – həmin İlahi hövl olmuşdur ki, onunla günah arasında pərdə yaratmışdı.

Həzrət Peyğəmbər (s) لا حول و لا قوه الا بالله العلی العظیم (“Lə həvlə və lə quvvətə illə billəhil-aliyyul-azim”) zikrini əşri həml edən mələklərin zikri kimi tanıtmışdır. Həmçinin hədisdə oxuyuruq ki, bu mələklərə ərşi həml etmək əmr olunan zaman bu zikri onlara öyrədiblər. Bu zikr – mələklər üçün çətinlikləri dəf etmək vasitəsidir.

Bir nəfər kişi xəstəliyi üzündən Həzrət Peyğəmbərin (s) xidmətinə gələ bilmirdi. Həmin kişi gələn zaman, Həzrət Rəsuli-Əkrəm (s) ona buyurdu: “Nə səbəb olub ki, bizim yanımıza gec gəlirsən?”. Deyir: “Xəstəlik və yoxsulluq”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə elə bir dua öyrədim ki, Allah onun vasitəsilə xəstəlik və yoxsulluğu dəf etsin?”. Deyir: “Bəli”. Buyurur: “De:

«لا حول و لا قوة الا بالله العلى العظیم، توكلت على الحى الذى لا یموت و الحمدلله الذى لم یتخذ(صاحبة و لا) ولدا و لم یكن له شریك فى الملك و لم یكن له ولى من الذل و كبره تكبیرا.» Bir müddət keçir və həmin kişi gəlib Peyğəmbərə (s) deyir ki, mənim xəstəliyim və yoxsulluğum da dəf oldu”.

İnsanın ruzisinin artmasına səbəb olan amil – şükür və həmddir. Əgər hər kim ruzinin çox olmasını istəyirsə, Allaha həmd etsin. Bu şükür dil şüküründən ürək şükürünə qədər gedib çatar. Həqiqi şükür odur ki, insan nemətdən kamala çatmaq yolunda istifadə edər. Hər cür ifrat və israfdan uzaq olar.

Günah insanın ruzisinin ona çatmasına mane olar. Ona görə də insan hər gün etdiyi günahlarına görə tövbə etməlidir. Tövbə etməyin səmərələrindən biri də insanın iqtisadi çətinliklərinin həll olmasıdır. “Və dedim ki: «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır».

«Göydən (buluddan) sizə bol yağış göndərsin».

«Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12).

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istiğfar edər, Allahdan üzrxarlıq istəyər – Allah hər qüssədən ona rahatlıq verər. Hər bir çıxılmaz vəziyyətdən çıxış yolu qoyar. Ona güman etmədiyi yerdən ruzi verər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ruzini ləng əldə edir, gərək istiğfar edib, Allahdan bağışlanma istəsin”.

Əmirəl-möminin (ə) buyurur: “İstiğfar və Allahdan bağışlanma istəmək insanın ruzini artırar”.

İmam Əli (ə) yenə buyurur: “Çoxlu istiğfar edin və Allahdan üzr istəyin ki, ruzini cəzb edəsiniz”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..