Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Yanvar 11:19
Şərh Yoxdur
2986

İman gətirən cinlərin İmamlarla (ə) görüşü

“De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, cənnətlik və cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».

«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə, biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq»”. (“Cinn” 1-2).

 

Səyid Əskaf nəql edir: “Bir gün İmam Baqirə (ə) vacib işim düşmüşdü. Evinə daxil oldum və otağına girmək istəyən zaman, İmam (ə) buyurdu: “Tələsmə!”.

Mən İmamın (ə) evinin həyətində gözləməyə başladım. Bir müddət sonra otaqdan bir neçə şəxs çıxdı və mənə tərəf gəldi. Onlar çoxlu ibadət etməkdən arıqlamışdılar. Allaha and olsun ki, onların mənəvi siması məni elə heyrətləndirdi ki, özümü unutdum.

Həzrətin (ə) yanına gedən zaman mənə buyurdu: “Sanki narahat olmusan?” Dedim: “Bəli. Allaha and olsun ki, öz halımı unutdum. Mən ömrümdə bu qədər xoş qiyafəli insanlar görməmişdim”.

Buyurdu: “Ey Səyid! Onlar sənin cin tayfasından olan qardaşlarındır”.

Dedim: “Sizin xidmətinizə gəlmişdilər?”.

Buyurdu: “Bəli, gəlirlər və dini məsələləri bizdən soruşurlar””. (Həvzəh/Deyerler)

 

Əbu Həmzə Somali nəql edir: “Bir gün İmam Baqirin (ə) yanına girmək üçün icazə istədim. Dedilər ki, Həzrətin (ə) yanında bir neçə nəfər vardır. Mən də ona görə səbir etdim ki, onlar çıxsınlar. Bu zaman elə insanlar çıxdılar ki, mən onları tanımırdım və mənə qərib gəldilər.

Həzrətin (ə) yanına girən zaman narahat halda dedim: “Qurbanın olum, indi Bəni-Öməyyə zamanıdır. Onların qılınclarından qan axır. (Yəni, ehtiyatlı olmaq lazımdır)”.

Həzrət (ə) buyurdu: “Ey Əbu Həmzə! Onlar bizim davamçılarımız olan cin tayfası idi. Gəlmişdilər ki, öz dini suallarını versinlər. Məgər bilmirsənmi ki, İmam (ə) – cin və inslər üzərində Allahın hüccətidir?””.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..