Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Yanvar 12:28
Şərh Yoxdur
2380

Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?

Qurani-Kərimdə buyurulur: “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik)qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları(hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257).

Yəni, əgər insan dünyada vilayəti tanıyıb, onu qəbul edib və əməl edibdirsə, Allah onu nura tərəf aparar. Yox əgər, vilayətə qarşı çıxanlardan olubdursa – bu şəxs zülmətə tərəf gedər.

 

Quranın başqa ayəsində buyurulur: “Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə(onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!».

Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar”. (“Ali-İmran” 106-107).

 

Bu ayələr imanın bizə verdiyi nemətlərə, küfrün isə bizə gətirəcək bəlalardan bəhs etmişdir. O kəslər ki, iman gətirdikdən sonra küfrə üz tutarlar, onlara Qiyamət günü deyilər ki, niyə nurdan sonra üzünü zülmətə tərəf çevirdin? Niyə İslamdan sonra cahiliyyə düçar oldun?

 

Ancaq möminlər ki, nurla əhatə olacaqlar – Allahın İlahi rəhmətində əbədi qalacaqlar.

 

İnsanın imanı, saleh əməlləri və vilayətə olan sadiqliyi – Qiyamət günü üzünün ağ olmasına səbəb olan əməllərdəndir.

 

Dünyada ömür sürən və vaxtı sona çatmayan hər bir insan gərək rahat olmasın ki, onun imanı vardır və mürtəd olmayacaqdır. Bunu bilmək çox çətindir. Çünki fürsəti olan hər bir insan imanını qorumalı və küfrdən çəkinməyə çalışmalıdır.

 

Quran 16 dəfə imandan sonra küfrə düçar olmağa, 2 dəfə İslamdan sonra küfrə düçar olmağa, 3 dəfə Allahpərəstlikdən sonra buzovpərəstliyə düçar olmağa, 27 dəfə elmdən sonra inkarçılıq etməyə işarə etmişdir. Bu yolla insanlara xəbərdarlıq etmişdir ki, indiki həyatınızda imana malik olmağınıza görə rahat olmayın. Çünki imandan sonra küfrə düçar olanların sayı az olmamışdır. (Beytutə/Deyerler)

 

Ona görə də Qiyamət günü üzümüzü ağ edəcək əməllərimizi qorumağa çalışaq və ömrümüzün sonuna qədər onları yerinə yetirməyə çalışaq.

Ancaq bu halda öləriksə, Qiyamət günü üzü ağ olanlardan ola bilərik. Əks halda bizi üzü qaralıq gözləyir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..