Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Dekabr 10:41
Şərh Yoxdur
2686

Həqiqi möminliyə çatmaq üçün lazım olan 5 xüsusiyyət

Mömin adətən o kəsə deyilir ki, imana malik olsun. Quranın nəzərinə görə isə mömin o kəsdir ki, qəlb imanı ilə yanaşı, bu imana uyğun əmələ də malik olmalıdır. Yəni, möminin iki qanadı olmalıdır ki, biri – imandır, o birisi – saleh əməl.

Quranın həqiqi mömin üçün bəyan etdiyi beş sifət ilə tanış olaq.

 

“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.

“Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.

Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır”. (“Ənfal” 2-4).

 

Əllamə Təbatəbai bu ayələrin təfsirində buyurmuşdur:

Bu ayələr həqiqi möminlərin xüsusiyyətlərini tanıdır və onların kərim sifətlərini sayır. Bu beş sifət – o sifətlərdir ki, ona malik olmaq bütün yaxşı sifətlərə malik olmaq deməkdir. Bu sifətlər ibarətdir:

 

1. Allahı zikr edən zaman qəlbin titrəməsi.

2. Allah ayələrini eşitmək sayəsində imanın artması.

3. Təvəkkül.

4. Namazı ayaqda saxlamaq.

5. Allahın ruzi verdiyindən infaq etmək.

 

Göründüyü kimi ilk üç sifət qəlbə aid olan sifətlərdir. Ancaq qalan iki sifət bədənə aid olan sifətlərdir. Yəni, xarici əməl və rəftara aid olur.

 

Alim davamında buyurur: “Bu sifətlərin zikrində onların həqiqi tərtibinə riayət olunmuşdur. Belə ki, iman nuru yavaş-yavaş qəlbə daxil olar və artmağa başlayar. Öz nəhayət həddinə çatar və kamal əldə edər”.

 

1. Allahı yada salan zaman qəlbin təsirlənməsi. Bu mərhələ tədrici baş verər. İlk mərhələsi Allahı zikr edən zaman qəlbin təsirlənməsidir. İnsanda xof hissi yaranar.

 

2. İmanın təkamül etməsi. O zaman ki, mömin Quran ayələrini eşidər və ya qiraət edər, həmin ayələrin və surələrin təsiri nəticəsində imanı qəlbində qol-budaq salar və möhkəmlənər. Artmağa başlayar. Nəhayət yəqin mərhələsinə çatar.

 

3. Təvəkkül. O zaman ki, insanın imanı artar, Allahın və özünün məqamını yaxşı tanımağa başlayar. Başa düşər ki, hər bir şey Allahın hakimiyyəti altındadır və tək qadir olan varlıq – Allahdır. Ona görə də hər bir işində Ona təvəkkül edər və Ona söykənər.

 

4. Allahla rabitə. O zaman ki, insanın imanı artar, Allahla rabitədən zövq alar və namaz ki, dinimizin sütunudur, onu həmişə ayaqda saxlayar. Namazını əvvəl vaxtda qəlb hüzuru ilə yerinə yetirər və müti olmağa çalışar.

 

5. Mömin insan ətrafında olanlara qarşı laqeyd olmaz. Əksinə, onlara xidmət etməkdən ləzzət alar. Onların ehtiyaclarını yerinə yetirməyə çalışar. Allahın ona verdiyi ruzini onlarla bölüşər.(Tebyan/Deyerler)

 

Allah Təala bizlərə bu sifətlərə malik olmağı qismət eləsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..