Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Dekabr 11:33
Şərh Yoxdur
2230

Oğru hansı şərtlər daxilində şəri cəza alar?

Oğurluq kəbirə günahlardan olub, insanın iman zəifliyinə qayıdır. Çünki imanı güclü olan insan oğurluq etməz və əlində olanlara qane olar.

 

Bəs oğru hansı şərtlər olarsa, şəriətdə cəza alar?

 

Allah Təala oğrunun cəza alması haqqında Quranda buyurur: (Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir. (Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır”. (“Maidə” 38-39).

 

Oğrunun cəza alması üçün bu şərtlər olmalıdır:

 

1. Həddi-büluğ yaşına çatmalıdır. Oğrunun cəza alması üçün həddi-büluğa çatması zəruridir. İmam Sadiq (ə) buyurur ki, nə zaman həddi-büluğa çatmayan uşaq oğurluq edərsə, birinci və ikinci dəfə onu bağışlayın. Üçüncü dəfə onu tənbeh edin. Əgər yenə oğurluq edərsə. gərək barmaqlarının ətrafı kəsilsin.

Əgər yenə təkrar edərsə, barmağının aşağısı kəsilər.

 

2. Ağıllı olmalıdır. Əgər dəli insan oğurluq edərsə, onu cəzalandırmaq olmaz. Oğru gərək ağlı başında olan insan olsun.

 

3. İxtiyar üzündən etməlidir. Yəni, öz iradə və ixtiyarı ilə oğurluq edərsə. Yox, əgər məcburi oğurluq edərsə, cəza almaz.

 

4. Oğurladığı əşyanın qiyməti təyin edilmiş şəri həddi keçməlidir.

 

5. Oğurladığı şey mal və dəyərli əşya olmalıdır.

 

6. Oğurlanan mal övladının və ya xidmətçisinin malı olmamalıdır. Əgər ata öz övladının və ya xidmətçisinin malını oğurlayarsa, əli kəsilməz.

Ancaq əgər əksinə – övlad ata və ya ananın malını oğurlayarsa, o zaman cəza alar.

 

7. Oğurladığı şey qəhətlik zamanında yeyəcək və ərzaq olmamalıdır.

 

8. Əgər əsgər iştirak etdiyi döyüşdə əldə olunan qəniməti oğurlayarsa, cəza almaz.

 

9. Nə zaman şərik öz şərikinin malını oğurlayarsa və iddia edərsə ki, bu malı özününki hesab etmişdir, o zaman cəza almaz.

 

10. Nə zaman oğru mühakimə olmazdan əvvəl oğurladığı malı sahibindən satın alarsa, cəza almaz.

 

11. Əgər oğru iddia etsə ki, malı oğurlamaq niyyətində olmamışdır və əgər ona bu ehtimalı vermək olarsa, o zaman cəza almaz. (Deyerler.org)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..