Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Noyabr 12:40
Şərh Yoxdur
1470

İxlası necə tanımaq olur?

İxlas nəfsani sifətdir ki, zahirdə deyil, əməllərin batinində onu görmək olur. Bəs ixlasın nişanələri hansılardır və onları necə tanımaq olar?

 

1. Saleh əməllə. Saleh əməl və həsənələri yerinə yetirmək, rəzil sifətləri tərk etmək ancaq ixlas olarsa, əhəmiyyətə malik olar.

 

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, şəhadətləri ixlasla dilinə gətirərsə və onu bir şeylə qarışdırmazsa, behiştə daxil olar”.

İmam Əli (ə) ayağa qalxır və buyurur: “Necə ixlasla desin və heç nəyi ona qarışdırmasın?”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dünya hərisliyi, onu haram yolla toplamaq, dünyadan razı olmaq – bunlar qarışılanlardırlar. Ona görə də hər kim Allahla görüşər və bu sifətlərdən heç biri onda olmayan halda “Lə iləhə illəllah” deyərsə, behişt onun üçündür. O kəs ki, dünyanı seçər və axirəti tərk edər – atəş ona lazımlıdır”.

 

Həzrət Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: “Bütün ixlaslar haramlardan çəkinməkdə gizlənmişdir”.

 

2. Təriflənmək istəyin olmasın. Yəni, saleh əməli başqalarının səni tərifləməsi üçün yerinə yetirməyəsən. Niyyətində ancaq Allah olsun.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir haqqın həqiqəti vardır. O kəs ixlasın həqiqətinə çatmaz, məgər o halda ki, Allah üçün yerinə yetirdiyi əmələ görə təriflənməsini sevməsin”.

 

3. Zahir və batinin həmrəy olması. Muxlis insan o kəsdir ki, əgər bir şeyi aşkar edərsə, batini ilə həmrəy olar. Əgər gizlisi və aşkarı, əməli və dedikləri bir-birinə müxalif olmazsa, İlahi əmanəti əda edər və ibadəti xalis yerinə yetirərsə – zahir və batini üç haldan xaric deyildir:

Ya zahir batindən üstündür, ya əksinədir və ya hər ikisi bir-biri kimidir. (Beytutə/Deyerler)

 

Allah Təala, Həzrət Musaya (ə) vəhy edir: “Ey Musa! O kəsin ki, zahiri batinindən gözəl olar – Mənim düşmənimdir.

O kəsin ki, zahiri ilə batini eyni olarsa – həqiqi mömindir.

O kəsin ki, batini zahirindən gözəl olarsa – Mənim vəlimdir”.

 

www.ahliman.info

Digər “Kateqoriyasız ” Xəbərləri

İmam Əli (ə): “Öz хəstəliyini həkimlərdən gizlədən, bədəninə хəyаnət еtmişdir”

Həzrət Muhəmməd (s) buyurub: “Хəstə şəхsin günаhlаrı аğаcın yаrpаqlаrıtək tökülər.” “Yахşılıqlаrın хəzinələrindən biri də müsibətləri, хəstəlik və sədəqələri gizli sахlаmаqdır.” “Kim üç... Davamı..

Gecənin əhəmiyyəti barəsində hədis və Quran ayələri

Gecənin əhəmiyyəti, İlahi hərəkat və ondakı mənəvi sehr, məbudunun səsini ilə eşidən heç bir dərdli aşiqə gizli deyildir. Gecənin qəribə, qeyri-adi rəmz... Davamı..

Axirətdə behişt və cəhənnəmdən başqa yer vardırmı?

Qurani-Kərimdə və Məsum İmamlardan (ə) gələn hədislərdə bəzən elə bir məkana işarə edilir ki, nə behiştdir, nə də cəhənnəm. Behişt yolunda olan... Davamı..