Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Oktyabr 11:30
Şərh Yoxdur
4206

İmam Zaman (ə.f) ağa – bəlanın möminlərdən dəf olmasının amilidir

İmam Zaman ağa (ə.f) buyurur: “Mən – vəsilərin xatəmiyəm. Allah mənə görə bəlanı əhlimdən və davamçılarımdan dəf edər”.

Hədisin şərhi.

Bu hədisi Şeyx Səduq və Şeyx Tusi mötəbər sənədlərdən Əbu Nəsrdən nəql ediblər. Əbu Nəsr deyir: “Həzrətin (ə.f) xidmətinə gələn zaman mənə buyurdu: “Məni tanıyırsanmı?”. Dedim: “Bəli”. Buyurdu: “Mən kiməm?”. Dedim: “Sən – mənim ağam və ağamın övladısan”. Dedim: “Özünüzü mənə şərh edin”. Buyurdu: “Mən vəsilərin – xatəmiyəm. Allah mənə görə bəlanı əhlimdən və davamçılarımdan dəf edər””.

Həzrət (ə.f) bu hədisdə iki nöqtəyə işarə etmişdir:

 

1. İmam Zaman ağa (ə.f) – vəsilərin xatəmidir. İmamət onunla xətm olmuşdur. Yəni, hər kim ondan sonra İmam (ə) olduğunu iddia edərsə, yalan demiş olar.

 

2. Həzrətin (ə.f) davamçıları tarix boyu çox sayda əziyyətlə rastlaşacaqlar. İmam (ə.f) buyurur ki, Allaha mənə xatir o bəlaları onlardan dəf edəcəkdir. Bu sözün özünün də iki ehtimalı vardır:

a) Həzrətin (ə.f) məqsədi – qeyb zamanıdır. İmam (ə.f) demək istəyir ki, qeyb zamanında onun davamçıları ancaq təvəssül edərək, öz çətinliklərini aradan qaldıra bilərlər.

b) Həzrətin (ə.f) məqsədi – zühur zamanıdır. İmam (ə.f) demək istəyir ki, İmam (ə.f) zühur edərək zalımlara qalib gələcək və hər cür bəlanı öz davamçılarından dəf edəcəkdir.

Bu iki ehtimalın cəmi də mümkündür. Belə ki, həm qeyb zamanında və həm də zühur zamanında bəla və çətinliklər İmamın (ə.f) davamçılarından ona xatir dəf olacaqdır. (Deyerler.org)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur.

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur. Misirli susur.... Davamı..

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..