Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Sentyabr 12:26
Şərh Yoxdur
19055

Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun

Dua ibadətlərin ən yaxşısı, insan nəfsinin kamala yetməsinə və Allaha yaxınlaşmasına səbəb olan bir vasitədir. Buna görə də Mütəal Allah bəndələrini dua etməyə dəvət edərək buyurur: Pərvərdigarınız buyurdu: «Məni çağırın ki, istəklərinizi yerinə yetirim. Mənə ibadət etməkdə təkəbbür edənlər tezliklə zillətlə cəhənnəmə daxil olacaqlar.»”[1]

Yenə buyurur: Aşkarda gizlində Pərvərdigarınızı çağırın. Həqiqətən, Allah təcavüzkarları sevmir.”[2]

Başqa bir ayədə isə belə buyurulur: Bəndələrim Mənim barəmdə səndən soruşanda (de) ki, Mən onlara yaxınam, əgər Məni çağırsalar dualarını qəbul edərəm.”[3]

Peyğəmbəri-Əkrəm (s) buyurur: Duaibadətin ruhu, məğzidir.”[4]

İmam Cəfər Sadiq (ə) buyurur: Dua ibadətdir AllahTəala buyurur: Allahı çağırın heç vaxtdaha işlər tamam olmuşdur” – deməyin.”[5]

O Həzrət (ə) yenə buyurur: Heç vaxt duanı tərk etməyin. Çünki, siz insanın Allah dərgahına yaxınlaşmasına dua qədər səbəb olacaq bir əməl tapa bilməzsiniz. Hətta kiçik işləri Allahdan istəyin onların kiçik olması bəhanəsi ilə duanı tərk etməyin. Çünki kiçik işlərin sahibi elə böyük işlərin sahibidir.”[6]

Bəndə hər bir halda dua etməlidir. Çünki bütün vücud aləminin Allaha ehtiyacı vardır. Hətta, onların hamısı ehtiyacın özüdür. Əgər Allahın feyzi bir anlığa kəsilərsə, hər bir şey məhv olub aradan gedər.

Əmirəl-möminin Əli ibni Əbitalib (ə) buyurur:Dua səadətin açarıdır. Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun. Allahla münacat etmək nicata (qurtuluşa) səbəb olur, ixlas səbəbi ilə (pisliklərdən və həlakətdən) nicat hasil olur. Belə isə, çətinliklər şiddətlənəndə Allaha pənah aparmaq lazımdır.”[7]

 

www.ahliman.info

[1] “Mu”min” surəsi, ayə:63

[2] “Ə”raf” surəsi, ayə55

[3] “Bəqərə” surəsi, ayə:183

[4] “Səhihi Termezi”, 2-ci cild, səh.266

[5] “Kafi”, 2-ci cild, səh.468

[6] “Kafi”, 2-ci cild, səh.468

[7] “Kafi”, 2-ci cild, səh.468

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..