Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Avqust 14:51
Şərh Yoxdur
9003

Peyğəmbəri-Əkrəm (s): “İnsan yalnız dilini saxlamaqla imanın həqiqətinə nail olar”

İnsanı Allah dərgahına yaxınlaşmaqdan saxlayan, hüzuri-qəlb yaranmasına mane olan səbəblərdən biri də faydasız, zəruri olmayan sözlər danışmaqdır.[1]

 

Mütəal Allah insana nitq qüvvəsi vermişdir ki, öz ehtiyaclarını aradan qaldırsın. Əgər ehtiyac qədərində danışarsa, bu böyük nemətdən düzgün istifadə etmiş olur. Amma əbəs, zəruri olmayan işlərə sərf edərsə, Allahın bu böyük nemətini zay etmiş olur. Bundan əlavə, çox danışmaq, hətərən-pətərən sözlər demək insanın fikrini pərakəndə və pərişan edir, nəticədə, Mütəal Allaha diqqət yetirib hüzuri-qəlb tapa bilmir. Məhz buna görə də çox və faydasız sözlər danışmaq hədislərdə məzəmmət olunmuşdur. Peyğəmbəri-Əkrəm (s) buyurur:Çox danışmaqdan çəkinin, yalnız Allah zikrindən başqa. Çünki çox danışmaqAllah zikrindən başqaqəlbin qəsavətli olmasına (bərkiməsinə) səbəb olur. Allahdan ən çox uzaq olan insanlar qəlbi qara olanlardır.”[2]

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: Dilini saxla sözlərini say ki, xeyir deməkdən başqa bir sözün olmasın.”[3]

Peyğəmbəri-Əkrəm (s) buyurur: Danışıq üç cürdür: Faydalı danışıq, sağlam danışıq faydasız danışıq. Faydalı danışıq Allah zikrindən ibarətdir. Sağlam danışıq Allah tərəfindən sevilən danışıqdır. Faydasız danışıq isə camaat barəsində deyilən əbəs (lazımsız) sözlərdir.”[4]

Peyğəmbəri-Əkrəm (s) yenə buyurur: Dilini saxla. Çünki bu, nəfsin üçün ən yaxşı hədiyyədir. (Sonra buyurdu) İnsan yalnız dilini saxlamaqla imanın həqiqətinə nail olar.”[5]

İmam Rza (ə) buyurur: Üç şey dərrakə düşüncənin nişanələrindəndir: Səbirli olmaq, elm, sükut. Sükut hikmət qapılarından olan bir qapıdır. Sükut məhəbbətə səbəb olur hər bir xeyrə yol göstərir.”

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: Əql kamil olduqca söz (danışıq) azalar.”[6]

İmam Cəfər Sadiq (ə) buyurur: Heç bir ibadət sükutdan Allah evinə (həccə) piyada getməkdən fəzilətli deyildir.”[7]

Peyğəmbəri-Əkrəm (s) Əbuzərə buyurdu:Sənə uzun müddətli sükutu tövsiyə edirəm, çünki bu vasitə ilə şeytan səndən uzaqlaşar. Sükut dini qorumaq üçün yaxşı bir köməkdir.”[8]

 

Bir sözlə, Allah dərgahına doğru seyr etmək istəyən şəxsə vacibdir ki, öz dilini tamamilə nəzarət altına alsın və ölçülüb-biçilmiş söz danışsın, çox danışmaqdan ciddi şəkildə uzaq olsun, dünyəvi işlər barəsində onun həyatı üçün zəruri olan miqdarda danışsın. Bunun əvəzində dilini zikr, elmi və faydalı mətləblərə, ictimai məsələlərə məşğul etsin.

Böyük ustadımız rəbbani arif əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai (rəhmətullahi əleyh) buyururdu: “Mən sükutdan çox dəyərli nəticələr müşahidə etdim. Qırx gecə-gündüz sükut edin, zəruri olan işlərdən başqa bir şey danışmayın, fikr (təfəkkür) və zikrə məşğul olun ki, sizin üçün qəlbi səfa və nuranilik hasil olsun.”

 

www.ahliman.info

[1] “Müstədrəkul-vəsail”, 3-cü cild, səh.82

[2] “Biharul-ənvar”, 71-ci cild, səh.281

[3] “Biharul-ənvar”, 71-ci cild, səh.281

[4] “Biharul-ənvar”, 71-ci cild, səh.289

[5] “Biharul-ənvar”, 71-ci cild, səh.298

[6] “Biharul-ənvar”, 71- ci cild, səh.290

[7] “Biharul-ənvar”, 71-ci cild, səh.278

[8] “Biharul-ənvar”, 71-ci cild, səh.279

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..