Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 İyul 13:25
Şərh Yoxdur
2650

Mərhum Əllamə Məclisinin göstərişi

Bu yolun yolçularından biri böyük alim, rəbbani arif mərhum Əllamə Məhəmməd Təqi Məclisidir. O, yazır: “Mən riyazətlə və nəfsimi paklaşdırmaqla məşğul olduğum dövrdə əldə etdiyim şeylər təfsiri mütaliə etdiyim vaxtlara aiddir. Bir gecə yuxu ilə ayıqlıq arasında Həzrət Məhəmmədi (s) müşahidə etdim, öz-özümə dedim ki, yaxşı olar o Həzrətin (s) kamal və əxlaqına yaxşı diqqət edim. Nə qədər çox diqqət yetirdimsə, o Həzrətin (s) əzəmət və nuraniyyəti də bir o qədər genişləndi və getdikcə nuru hər yeri əhatə etdi. Bu zaman ayıldım (özümə gəldim), mənə ilham oldu ki, Peyğəmbəri-Əkrəmin (s) əxlaqı Qurandır. Gərək Quranda dərindən düşünüb təfəkkür edim. Ayələrdə nə qədər çox diqqət etdimsə, daha artıq həqiqətləri dərk etdim. Nəhayət bir dəfə qəlbimə çoxlu həqiqət və mərifət nazil oldu. Hər bir ayəyə diqqət yetirdikəcə hər dəfə mənə belə bir nemət əta olunurdu. Əlbəttə, belə mətləbləri belə müvəffəqiyyətə nail olmayan şəxslər üçün təsdiq etmək çox çətindir. Hətta, adətən qeyri-mümkündür. Lakin mənim məqsədim din yolunda olan qardaşlarıma yol göstərməkdən ibarətdir.

Riyazət və nəfsin saflaşdırılmasının göstərişi aşağıdakılardan ibarətdir:

Faydasız sözlərdən, hətta Allahın zikrindən başqa sözlər danışmaqdan belə, çəkinmək. Ləzzətli yeməklərdən, içməklərdən, libaslardan, gözəl mənzillərdən və zövcələrdən çəkinmək, zəruri miqdarla kifayətlənmək. Allah övliyalarından başqaları ilə oturub-durmaqdan çəkinmək. Çox yatmaqdan çəkinmək, Allaha zikr etməyi kamil müraqibət ilə davam etdirmək.

Allah övliyaları ya Həyyu ya Qəyyum, ya mən la ilahə illa ənt zikrinə davam etməyi təcrübə etmiş və böyük nəticələr almışlar. Mən də həmin zikri sınaqdan çıxarmışam. Lakin mənim zikrim əksər hallarda “Ya Allah”dır. Bu, Allahdan başqalarını qəlbdən çıxarmaq və yalnız Allaha diqqət yetirməklə baş verir.

Əlbəttə əsas və mühüm məsələ Allahı zikr etməyin kamil müraqibətlə yanaşı olmasıdır, sair işlər zikrin dəyərinə çatmaz. Əgər bu əməl qırx gecə-gündüz davam edərsə, ilahi hikmət və məhəbbət nurları (qapıları) insanın üzünə açılır. Sonra insan “fəna fillah” və “bəqa fillah” məqamına nail olur.” [1]

 

www.ahliman.info

[1] “Rövzətil müttəqin”, 13-cü cild, səh.128

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..