Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 İyul 15:43
Şərh Yoxdur
2741

Hansı günah hansı acı nəticəyə səbəb olur? – İmam Səccadın (ə) mübarək izahı

İmam Səccad (ə) bizə hansı günahın hansı bəlalara səbəb olduğunu bəyan etmiş və bizləri bu sahədə maarifləndirmişdir ki, tövbə qapısını unutmayaq.

 

Nemətləri dəyişdirən günahlar bunlardır: insanların haqqına təcavüz etmək, xeyir işdən uzaqlaşmaq, insanlara yaxşılıq etməkdən uzaqlaşmaq, nemətə küfr etmək, şükrü tərk etmək.

 

Həsrətə səbəb olan günahlar: insan qətl etmək, sileyi-rəhmi tərk etmək, namazı vaxtı keçənə qədər təxirə salmaq, vəsiyyəti tərk etmək, insanların maddi haqlarını qaytarmamaq, zəkatı tərk etmək.

 

Neməti məhv edən günahlar: istehza, insanları xar etmək.

 

Pərdələri cıran günahlar: şərabxorluq, qumarbazlıq, yersiz işlərlə məşğul olmaq, yersiz zarafat etmək, insanların eyiblərindən danışmaq, şərabxorlarla dost olmaq.

 

Bəlanın nazil olmasına səbəb olan günahlar: qəmlilərin dadına çatmamaq, zülm görmüşlərə yardım etməmək, əmr-be-məruf və nəhy-əz-munkəri zay etmək.

 

Düşmənlərin qələbə çalmasına səbəb olan günahlar: aşkar zülm, günahları dilə gətirmək, haramı mübah bilmək, yaxşı insanlardan boyun qaçırtmaq, pis insanlara itaət etmək.

 

Ani ölümə səbəb olan günahlar: qohumluq əlaqəsini kəsmək, yalandan and içmək, yalan danışmaq, zina, müsəlmanların yolunu bağlamaq, haqsız yerə imam olduğunu iddia etmək.

 

Ümidi qət edən günahlar: Allahın rəhmətindən məyus olmaq, Allahın lüftündən ümidsiz olmaq, haqsızlığa söykənmək, İlahi vədəni inkar etmək.

 

Duanı geri qaytaran günahlar: niyyətin pis olması, batinin çirkin olması, din qardaşları ilə ikiüzlü olmaq, duanın yerinə yetməsinə inanmamaq, namazı vaxtı keçənə qədər təxirə salmaq, xeyir işi tərk etmək, söyüş söymək.

 

Yağışın qarşısını alan günahlar: əhkamda hökm verənlərin zülm etməsi, haqsız yerə şahidlik etmək, şahidliyi gizlətmək, zəkatı və borcu qaytarmağı tərk etmək, yoxsullara qarşı daş ürəkli olmaq, yetimlərə və yoxsullara zülm etmək. (Həvzəh/Deyerler)

 

Allah Təala bizləri hər növ günahdan qorusun!

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..